Gündəm

Bakıda özünü məktəb binasından atan Elina dəfn edildi

7 Aprel 2019 16:30

Bir neçə gün əvvəl Səbail rayonunda yerləşən 162 saylı məktəbin 3-cü mərtəbəsindən özünü atan və dünən xəstəxanada vəfat edən 14 yaşlı Elina Hacıyeva dəfn edilib. Bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat paylaşıb.

Nazir  Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdü

7 Aprel 2019 16:28

Mədəniyyət naziri Əbülfəs Qarayev 5 aprel tarixində Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul etdi. Olaylar.az bildirir ki, nazir Əbülfəs Qarayev yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzuladı. O, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirdi.

Türkiyədən 400 min yəhudi ilə bağlı sərt reaksiya - Torpaqların işğalı...

7 Aprel 2019 16:23

İsrailin baş naziri Benyamin Netanyahunun İordan çayının Qərb sahilindəki Fələstin ərazilərində yerləşdirilən yəhudi qəsəbələrini ilhaq edəcəyinə söz verməsi Türkiyədə sərt reaksiyalara səbəb olub. İqtidarda olan Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çəlik beynəlxalq toplumu Netanyahunun qarşısını almağa səsləyib.

Özbəkistanda keçirilən Beynəlxalq Baxşi sənəti festivalında Azərbaycan nümayəndələri də iştirak edir

7 Aprel 2019 16:21

Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun himayəsi ilə aprelin 6-dan 10-dək Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı keçirilir. Özbəkistanda ilk dəfə keçirilən festivalın açılışında UNESCO və ISESCO-nun yüksək səviyyəli nümayəndələri, Qırğızıstan Prezidentinin müşaviri, Qazaxıstan və Tacikistanın mədəniyyət nazirləri, həmçinin ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak ediblər.

Ukraynada prezidentliyə ən yaxın namizədə ŞOK - Fiziki məhdudiyyətli...

7 Aprel 2019 16:19

Ukraynan prezident seçkilərinin birinci turunda ən çox səs toplamış namizəd olan aktyor, şoumen Vladimir Zelenskiyə qarşı cinayət işinin açılması tələb olunub. Bu iddia ilə Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Qeraşenko çıxış edib.

Prezident fərman imzaladı

5 Aprel 2019 18:29

Məmmədyarov Lavrovun görüşü başa çatdı - Foto/yeni

5 Aprel 2019 16:57

Azərbaycan və Rusiya xarici işlər nazirləri - Elmar Məmmədyarovla Sergey Lavrov arasında Moskvada keçirilən ikitərəfli görüş başa çatıb.

“Oturacaqlar” filmi Brüssel Qısa Film Festivalında

5 Aprel 2019 16:30

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Belçikada keçirilən Brüssel Qısa Film Festivalının Beynəlxalq və “Next Generation” müsabiqə mərhələlərinə dəvət alıb. Olaylar.az bildirir ki, Brüssel şəhərində təşkil ediləcək festival aprelin 25-dən mayın 5-dək davam edəcək.

Məmmədyarovla erməni jurnalistin maraqlı dialoqu – Video

5 Aprel 2019 16:16

Məmmədyarovla erməni jurnalistin maraqlı dialoqu

“Kreml baleti” teatrının quruluşunda“Min bir gecə” baleti nümayiş ediləcək

5 Aprel 2019 16:05

Aprel ayının 11-12 tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi birgə layihə təqdim edir.