Gündəm
Prezidentin Siyəzənə təyin etdiyi yeni başçı
Prezident İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Nəcəf oğlu Novruzovu vəzifəsindən azad edərək, Siyazən rayonuna icra başçısı təyin edib
Əlcəzairin istefa verən lideri ölkədən də gedir
Əlcəzairin istefaya gedən prezidenti Əbdüləziz Buteflika bu ay ərzində ölkəni tərk edəcək.
Prezident: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir.
İlham Əliyev məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin açılışında - FOTO (YENİLƏNDİ)
Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib.
YUĞ “Nauruz” beynəlxalq teatr festivalına dəvət alıb
Azərbaycan Dövlət “YUĞ” Teatrının “Müəmmalı bir qətlin üç versiyası” tamaşası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək “Nauruz” beynəlxalq teatr festivalına dəvət alıb. Olaylar.az bildirir ki, teatrın ədəbi hissə müdiri Elçin Cəfərov AZƏRTAC-a bildirib ki, festivalda teatrı təmsil edəcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.
AZTV-də yeni təyinat - Tanınmış jurnalist baş direktor təyin edildi
AZTV-də yeni kadr dəyişikliyi baş tutub.
Dilqəm və Şahbazla bağlı qərar veriləcək
Avropa Şurası erməni hərbi birləşmələri tərəfindən girov götürülmüş azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müsbət qərarını yaxın vaxtlarda açıqlayacaq.
Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə dünya şöhrətli detektiv yazar, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN klubun prezidenti Çingiz Abdullayevlə kürdəmirli oxucuların görüşü keçirilib.
Kamal Abdulla DTX-nın yubiley medalı ilə təltif olunub
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaranmasının 100 illiyi münasibətilə təltif olunub. Olaylar.az bildirir ki, təqdimat mərasimində çıxış edən xidmətin səlahiyyətli şəxsi bildirib ki, yubiley medalının akademik Kamal Abdullaya təqdim olunması Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan Dillər Universitetinin kollektivinə olan böyük etimadının bariz nümunəsidir.
Yeni formatlı ilk ixtisasartırma kurslarının tarixi müəyyənləşdi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq təlimlərin vaxtı müəyyənləşib. Olaylar.az bildirir ki, “Mədəniyyət işçilərinin kreativ peşə səriştələri”, “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin filiallarında, digər mədəniyyət evləri və klublarda yaradılmaların (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili”, “Kütləvi tədbirlərdə aparıcılıq” və digər mövzularda ixtisasartırma kursları təşkil olunacaqdır.
Universitet tələbə və şagirdlər üçün müsabiqə elan edir - “Çin və Azərbaycan tərəfdaşlığı”
Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetin Konfutsi İnstitutu ilə birgə Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə “Çin və Azərbaycan tərəfdaşlığı” mövzusunda yazı müsabiqəsi elan edir. Olaylar.az bildirir ki, müsabiqə Azərbaycan-Çin əlaqələrinin ikitərəfli uğurlu əməkdaşlığının, mədəniyyətlərinin, tarixlərinin, uğurlu strategiyalarının tələbə və şagirdlər arasında təbliği, təşviqi məqsədilə həyata keçirilir.
Mövlud Çavuşoğlu: “Terrorun dini, dili, irqi və milliyyəti yoxdur”
Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatında keçirilən Yeni Zelandiya Zirvə görüşündə çıxış edib. Mövlud Çavuşoğlu çıxıçı zamanı qeyd edib ki, “bəşəriyyətin vicdan məclisi” olarak yaradılan bu çətir altında, hamımız üçün getdikcə böyüyən bir təhdidi müzakirə etmək və bu təhdidə qarşı ortaq bir mövqe nümayiş etdirmək üçün bir yerə toplaşmışıq: “BMT Baş Assambleyası bu gün ən əsas dəyərimiz olan insan həyatının müqəddəsliyi ətrafında bizi bir araya gətirir. Ancaq əsas olan bu dəyərimiz,terrorçuların və terrorizmin açıq təcavüzü altındadır.
Türkiyə NATO-dan çıxır? - Ağır nəticələri olacaq
İki ölkə arasındakı böhranın nəticəsi nə olursa-olsun, Türkiyənin NATO-dan xaric edilməsi mümkün deyil. Bunu Rusiyanın paytaxtı Moskvada Valday Müzakirə Klubu çərçivəsində keçirilən “Rusiya-Türkiyə münasibətlərində Suriya faktoru” toplantısında iştirak edən türkiyəli mütəxəssislər deyib.
540 milyon “Facebook” istifadəçisinin məlumatı internetdə yerləşdirilib
İnformasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “UpGuard” şirkəti 540 milyondan çox “Facebook” istifadəçisinin məlumatının internetdə yerləşdirilməsi haqqında xəbər verib. İstifadəçilərin məlumatı Meksikanın “Cultura Colectiva” rəqəmli platformasında aşkar edilib. Bundan başqa, artıq mövcud olmayan “At the Pool” proqramında ad, parol, elektron poçt ünvanları və başqa məlumatlar əlçatan idi.
Özbək şairi Folklor İnstitutunda
İmadəddin Nəsiminin əsərlərinin tərcüməçisi, özbək şair, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Tahir Kahhar Azərbaycanda folklorun toplanması, nəşri, təbliği, tərcüməsi və yayılması ilə tanış olmaq məqsədilə AMEA-nın Folklor İnstitutunu ziyarət edib.

.jpg)












