YUĞ “Nauruz” beynəlxalq teatr festivalına dəvət alıb
Azərbaycan Dövlət “YUĞ” Teatrının “Müəmmalı bir qətlin üç versiyası” tamaşası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək “Nauruz” beynəlxalq teatr festivalına dəvət alıb. Olaylar.az bildirir ki, teatrın ədəbi hissə müdiri Elçin Cəfərov AZƏRTAC-a bildirib ki, festivalda teatrı təmsil edəcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.
5 Aprel 2019 13:57 MədəniyyətAzərbaycan Dövlət "YUĞ" Teatrının "Müəmmalı bir qətlin üç versiyası" tamaşası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək "Nauruz" beynəlxalq teatr festivalına dəvət alıb.
Olaylar.az bildirir ki, teatrın ədəbi hissə müdiri Elçin Cəfərov AZƏRTAC-a bildirib ki, festivalda teatrı təmsil edəcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.
Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov və Elşən Əsgərov çıxış edəcəklər. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.