Yeni formatlı ilk ixtisasartırma kurslarının tarixi müəyyənləşdi

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq təlimlərin vaxtı müəyyənləşib. Olaylar.az bildirir ki, “Mədəniyyət işçilərinin kreativ peşə səriştələri”, “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin filiallarında, digər mədəniyyət evləri və klublarda yaradılmaların (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili”, “Kütləvi tədbirlərdə aparıcılıq” və digər mövzularda ixtisasartırma kursları təşkil olunacaqdır.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq təlimlərin vaxtı müəyyənləşib. Olaylar.az bildirir ki, "Mədəniyyət işçilərinin kreativ peşə səriştələri", "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin filiallarında, digər mədəniyyət evləri və klublarda yaradılmaların (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili", "Kütləvi tədbirlərdə aparıcılıq" və digər mövzularda ixtisasartırma kursları təşkil olunacaqdır.

Mərkəzin ilk təlimləri 22-26 aprel tarixlərində Lənkəran şəhərində baş tutacaq. Təlimə həmçinin, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları da qatılacaqlar. Təlimlər fərqli mədəniyyət müəssisələri ilə yanaşı Lənkəran Dövlət Universitetində də təşkil olunacaq.

"Şəhər (rayon) mədəniyyət mərkəzlərinin filiallarında, digər mədəniyyət evləri və klublarda yaradılmaların təşkili" mövzusunda keçiriləcək təlimdə həmin müəssisələrdə çalışan metodistlər, mədəni-kütləvi tədbirlər üzrə təşkilatçılar, dərnək rəhbərləri, həvəskar birliyin rəhbəri, maraq dairəsi üzrə klub rəhbərləri üçün nəzərdə tutulmuşdur. 

"Kütləvi tədbirlərdə aparıcılıq" mövzusunu əhatə edəcək kurs isə mədəniyyət müəssisələrində təşkil olunan kütləvi tədbirlərdə aparıcı qismində iştirak edən mədəniyyət işçiləri üçün nəzərdə tutulmuşdur. 

Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verilməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində kreativ yanaşmalar tətbiq olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31