Gündəm
Zaxarovadan NATO-nun baş katibinə SƏRT CAVAB: Axmaq və yersiz...
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqi axmaq adlandırıb. Zaxarova hesab edir ki, baş katibin Adolf Hitler, İosif Stalini İŞİD terror təşkilatı ilə müqayisə etməsi axmaq və yersiz tarixi bağlantı yaratmaq cəhdidir.
Youth Inc. və INNOLAND arasında memorandum imzalandı
“Youth Inc.” Sahibkarlıq Proqramı və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb. Olaylar.az bildirir ki, imzalanan memorandum çərçivəsində hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub. Memoranduma əsasən təcrübə və istedad mübadiləsi ilə yanaşı, birgə demo turlar, təlimlər də təşkil olunacaqdır.
Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı Bakıda çıxış edəcək
Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünün populyar "Günahın o biri tərəfi" adlı tamaşasını göstərəcəkdir.
Baxçalıdan İmamoğluna: "Oyuncağı alınmış uşaq kimi..."
CHP namizədinin (Əkrəm İmamoğlu) seçkidən sonra etdikləri ağıla ziyandır. Bu sözləri Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
Formula 1 Azərbaycan Qran Prisinə az qaldı – SON VƏZİYYƏT
26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar normal qaydada davam edir, şəhərdə tikinti işlərinin əksəriyyəti yekunlaşmaq üzrədir. Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.
Nazir vətəndaşları qəbul etdi
Aprelin 4-də mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul etdi. Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxıldı. Olaylar.az bildirir ki, qəbula yazılmış sakinlər tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirildi. Həmçinin vətəndaşlar fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini də nazirə çatdırdılar.
Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa
Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla bu günün işığına toplaşmağın şərəfli və məsuliyyətli olduğunu deyib.
Son tunc-erkən dəmir dövrünə aid nmaddi mədəniyyət nümunələri aşkar olundu
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.
Mədəniyyətimizin yeni bələdçisi - “Gulture Guide” kataloqu
Ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətini mənalı və yaddaqalan etmək, onlara Azərbaycanın tarixi və müasirliyi, zəngin mədəniyyəti, çoxçalarlı incəsənəti barədə dolğun məlumat vermək məqsədi daşıyan “Gulture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqunun ilk sayı çapdan çıxıb. Nəşr “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanıb. “Baku Guide”ın yeni nəşri də ingilis və rusdilli oxuculara mədəniyyətimizin bələdçiliyini edir. Aprel buraxılışında ölkəmizin mədəni həyatı, o cümlədən paytaxtın teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası, Bakının və bölgələrimizin tarixi-mədəni irs məkanları oxuculara təqdim olunur.
“Quş dili” YUĞ Dövlət Teatrında
Aprelin 7-də “YUĞ” Dövlət Teatrının yaradıcı heyəti teatrın repertuarında yeni tamaşalardan sayılan “Quş dili” tamaşasını təqdim edəcək. Olaylar.az bildirir ki, tamaşanın müəllifi - rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi -Təranə Vahiddir.
Akademik Dram Teatrının səhnəsində “Manqurt” nümayiş olunacaq
Aprelin 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M.Şərifzadə adına səhnəsində “Manqurt” tamaşası təqdim olunacaq. Olaylar.az bildirir ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.
Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə yeni “Türkiye” ilə qatılır
Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF) 2019 bu gündən etibarən start götürüb. Olaylar.az bildirir ki, sərgidə bu il ancaq Türkiyə stendində "Türkiyə" imici və 2019 Göbeklitepe ili önə çıxarılacaq.
İtalyan mərkəzinin yaranmasının 10-cu ildönümü qeyd edildi
Azərbaycan Dillər Universitetinin (ADU) İtalyan mərkəzinin yaranmasının 10-cu ildönümü münasibəti ilə tədbir keçirilib. Olaylar.az bildirir ki, mərkəzin rəhbəri Nərgiz Cəfərova İtalyan mərkəzinin 2009-cu ildə açıldığını deyərək, mərkəzin fəaliyyəti haqqında məlumat verib. Mərkəzin zəngin kitabxanaya malik olduğunu bildirən Nərgiz Cəfərova keçirilən tədbirlər, dəvət olunan italiyalı qonaqlar barədə də danışıb. O, ötən il ADU ilə İtaliyanın Neapol şəhərinin Şərqşünaslıq Universiteti arasında anlaşma memorandumunun imzalandığını da diqqətə çatdırıb.
Azərbaycanda keçmiş icra başçısı vəfat etdi
Şabran rayon İcra Hakimiyyətinin keçmiş başçısı, rayonun tanınmış ziyalılarından olan Arif Allahverdiyev vəfat edib. A.Allahverdiyev Şabran şəhərində dünyasını dəyişib.
MSK prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqladı
Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-də keçirilən prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb. Nəticələrə görə, Vladimir Zelenski 30,24 faiz səslə seçkilərin birinci turunun qalibi olub.














