Mədəniyyətimizin yeni bələdçisi - “Gulture Guide” kataloqu 

Ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətini mənalı və yaddaqalan etmək, onlara Azərbaycanın tarixi və müasirliyi, zəngin mədəniyyəti, çoxçalarlı incəsənəti barədə dolğun məlumat vermək məqsədi daşıyan “Gulture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqunun ilk sayı çapdan çıxıb. Nəşr “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanıb. “Baku Guide”ın yeni nəşri də ingilis və rusdilli oxuculara mədəniyyətimizin bələdçiliyini edir. Aprel buraxılışında ölkəmizin mədəni həyatı, o cümlədən paytaxtın teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası, Bakının və bölgələrimizin tarixi-mədəni irs məkanları oxuculara təqdim olunur.

Ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətini mənalı və yaddaqalan etmək, onlara Azərbaycanın tarixi və müasirliyi, zəngin mədəniyyəti, çoxçalarlı incəsənəti barədə dolğun məlumat vermək məqsədi daşıyan "Gulture Guide" ("Mədəniyyət bələdçisi") kataloqunun ilk sayı çapdan çıxıb. Nəşr "Baku Guide" MMC tərəfindən ingilis və rus dillərində hazırlanıb. "Baku Guide"ın yeni nəşri də ingilis və rusdilli oxuculara mədəniyyətimizin bələdçiliyini edir. Aprel buraxılışında ölkəmizin mədəni həyatı, o cümlədən paytaxtın teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası, Bakının və bölgələrimizin tarixi-mədəni irs məkanları oxuculara təqdim olunur.

Kataloqda 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verilir. Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, Orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı, 2019-cu ilin ölkəmizdə da "Nəsimi ili" elan olunduğu vurğulanır. Bildirilir ki, Azərbaycanın bir çox qeyri-maddi və maddi mədəni irs nümunələri UNESCO tərəfindən dünya mədəniyyəti xəzinəsinə daxil edilib.

"Gulture Guide"ın oxucularına Mədəniyyət Nazirliyi təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə keçirilən "Bölgələrdən bölgələrə" yaradıcılıq festivalı haqqında da məlumat verilir, festivalın aprel ayında hansı rayon və şəhərlərdə gerçəkləşəcəyi diqqətə çatdırılır.

Qeyd edək ki, nəşrdə paytaxtda fəaliyyət göstərən teatrlar, konsert məkanları, muzeylər, kino və sərgi zallarının aprel ayı üzrə afişası ilə yanaşı, hər bir mədəniyyət ocağı, onların yerləşdiyi tarixi binalar haqqında yığcam informasiya, ünvan və telefon nömrələri, Azərbaycan Milli Kitabxanası, 2018-ci ildən fəaliyyət göstərən Bakı Kitab Mərkəzi haqqında məlumat verilir. Həmçinin Bakının tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan qoruğundan bəhs olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31