MSK prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqladı
Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-də keçirilən prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb. Nəticələrə görə, Vladimir Zelenski 30,24 faiz səslə seçkilərin birinci turunun qalibi olub.
4 Aprel 2019 10:04 DünyaUkrayna Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-də keçirilən prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb.
Nəticələrə görə, Vladimir Zelenski 30,24 faiz səslə seçkilərin birinci turunun qalibi olub.
Hazırkı prezident Pyotr Poroşenkonu vətəndaşların 15,95 faizi dəstəkləyib. Yuliya Timoşenko 13,4, Yuri Boyko 11,67, Anatoli Qritsenko 6,91, İqor Smeşko 6,04, Oleq Lyaşko isə 5,48 faiz səs yığıb.
Prezidentliyə namizədlərin heç biri 50 faizdən yuxarı səs toplaya bilmədiyi üçün seçkilərin ikinci turu keçiriləcək. İkinci tur aprelin 21-nə təyin edilib. Publika.az