Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa

Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla bu günün işığına toplaşmağın şərəfli və məsuliyyətli olduğunu deyib.

Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla bu günün işığına toplaşmağın şərəfli və məsuliyyətli olduğunu deyib.

Universitet rəhbəri tələbələrin bir sıra regionlarda yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçdiklərini diqqətə çatdırıb: "Cocuq Mərcanlı Azərbaycanın gözəl yaşayış məntəqəsinə çevrilib. Bu gün Cocuq Mərcanlıda bizim Dillər Universitetinin tələbələri artıq neçə aydır ki, pedaqoji təcrübə keçir. Tələbələr Bakı məktəblərində təcrübə keçməkdənsə, Bərdə, Biləsuvar, Mingəçevir və digər rayonlardakı məcburi köçkün məktəblərində təcrübə keçməyə üstünlük verirlər. Hətta Cocuq Mərcanlı məktəbinin direktorunun xahişi ilə biz təcrübə müddətini də artırırıq. Cocuq Mərcanlı üçün bu gün cənab prezidentimizin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında məktəblər tikilib, gözəl şərait, səliqə-səhman yaradılıb. Amma yenə də insanların gözündə həsrət, nisgil var. Yenə də onlara diqqət, dəstək son dərəcə vacibdir. Müəllim və tələbələr ora getmək istədiklərini deyirlər. Hər kəs o müqəddəs savaşa can atır. Ali Baş Komandanın əmri o deməkdir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək, dünyaya öz sözünü deyəcəkdir, öz həqiqətini bir daha hamıya nümayiş etdirəcəkdir".

Sosial məsələlər və ictimai əlaqələr üzrə prorektor Tamam Cəfərova bugünkü tədbirin Azərbaycanın tarixi qəhrəmanlıq rəmzi olan Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunduğunu deyib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşünün əks olunduğu videoçarx nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31