Gündəm

Ən sürətli “Android” smartfonlar açıqlandı

4 Aprel 2019 10:02

Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu” proqramının tərtibatçıları “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonların yeni reytinqini dərc edib. Söhbət Çində əlçatan olan smartfonlardan gedir.

Ədəbiyyatı Muzeyində Nəsimiyə həsr olunmuş sərgi

4 Aprel 2019 09:50

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etmişdir. Bu münasibətlə ölkənin müxtəlif elmi qurumlarında, mədəniyyət mərkəzlərində, eləcə də AMEA-nın institut və təşkilatlarında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur.

ABŞ Almaniyanı NATO-da xərcləri artırmağa çağırdı

4 Aprel 2019 09:45

Birləşmiş Ştatların administrasiyası Almaniyanı hərbi xərcləri artırmağa və NATO qarşısında öhdəlikləri yerinə yetirməyə çağırdı. Bu haqda ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.

Ərdoğanın köməkçisi ABŞ-dan seçim tələb etdi: Ya Türkiyə, ya da...

4 Aprel 2019 09:42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay ABŞ-ın vitse-prezidenti Mayk Pensin Türkiyə ilə bağlı son bəyanatına cavab verib. O, ABŞ-ın artıq qərar verməli olduğunu bildirib. “ABŞ artıq qərar verməlidir. Türkiyənin müttəfiqi olaraq qalmaq istəyir, yoxsa NATO üzrə müttəfiqinin düşmənlərinə qarşı müdafiəsini baltalamaq üçün terrorçularla əməkdaşlıq edərək dostluğumuzu riskə atmaq istəyir?”, - Fuad Oktay tvitter hesabında yazıb.

İspaniya mediası: Erməni vandalizmi...

3 Aprel 2019 18:56

İspaniyanın “Diario Siglo XXI” elektron portalında jurnalist Peter Tase tərəfindən Ermənistan tərəfindən həyata keçirilən ölkəmizin tarixi və dini abidələrinə qarşı vandalizmindən bəhs edən “Azərbaycana qarşı erməni faşizminin təbliğatı” başlıqlı məqalə dərc edilib.

Nikol Paşinyan: Polisə silahları necə təhvil verdiyimi xatırlamıram

3 Aprel 2019 18:19

Ermənistanın Baş naziri Nikol Paşinyan hal-hazırda Yerevanın Şengavit inzibati rayonunun iqamətgahındakı ümumi yurisdiksiyasındadır.

Autizmli uşaqlara “Oyuq”çulardan dəstək - “Qırmızıpapaq” nümayiş olunacaq

3 Aprel 2019 17:24

Aprelin 4-də beynəlxalq autizm günü münasibəti ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, teatrın nəzdindəki “Oyuq” teatr-studiyası balaca tamaşaçıları qarşısında “Qırmızıpapaq” tamaşası ilə çıxış edəcəklər.

"WORLD HARMONY" Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verildi

3 Aprel 2019 17:17

2-8 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilib.

Vüqar Rəhimzadə: "Aprel döyüşləri bir daha nümayiş etdirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq

3 Aprel 2019 17:12

“Müstəqil Azərbaycanın Aprel zəfərindən artıq 3 il ötür. Məhz təqvimin bu günü, bu qələbə müasir tariximizin şanlı səhifələrindən biridir. Güclü Ordumuz, qorxmaz Azərbaycan əsgəri düşmənin neçə ildir formalaşdırdığı mifi dağıdaraq işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi, strateji əhəmiyyətə malik yüksəklikləri ələ keçirdi, bununla da nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Ordumuz sübut etdi ki, əgər sülh danışıqları bir nəticə verməzsə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə geri qaytara bilər.

Autizm gününə həsr olunmuş tədbir

3 Aprel 2019 17:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində Autizm barədə Maarifləndirmə gününə həsr olunmuş tədbir keçirilib.

Aprel döyüşlərinin ildönümü qeyd olunub

3 Aprel 2019 17:07

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. Olaylar.az bildirir ki, “Aprel zəfəri” adlı tədbirdə ADMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak edib.

Muğam ifaçısı ailə fotosunu paylaşdı

3 Aprel 2019 11:44

2011-ci ildə keçirilən Muğam televiziya müsabiqəsinin qalibi Səbinə Ərəbli sosial şəbəkə hesabından ailə fotolarını paylaşıb. Olaylar.az bildirir ki, Səbinə Ərəbli 2015-ci ilin aprelin 3-də ailə həyatı qoyub. 

İsmayıl Şıxlının 100 illiyi ilə əlaqədar tədbirlər planı 

3 Aprel 2019 10:51

Prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli sərəncamı ilə bu il görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının (1919-1995) 100 illiyi qeyd olunur.  Dövlət başçısının yazıçının 100 illiyi haqqında sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Sənəddə ölkəmizin mədəniyyət müəssisələrində ədibin yubileyinə həsr olunan ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi və digər tədbirlərin keçirilməsi əksini tapıb.

“Qızıl balıq” tamaşası hazırlanır - Gənc Tamaşaçılar Teatrında

3 Aprel 2019 10:44

Gənc Tamaşaçılar teatrında Pərvinin “Qızıl balıq” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıb. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Tramp seçki şüarını açıqladı

3 Aprel 2019 10:28

ABŞ prezidenti Donald Trump 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri kampaniyasında iki şüarın istifadəsi haqqında düşünür. Bu barədə amerikalı lider Vaşinqtonda Milli İnşaat Muzeyində keçirilən tədbir zamanı danışıb. Prezident 2016-cı ildə seçkiöncəsi kampaniyada istifadə etdiyi "Amerikanı yenidən böyük edək" sloqanının uğurlu olduğunu qeyd edib.