"WORLD HARMONY" Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verildi
2-8 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilib.
3 Aprel 2019 17:17 Mədəniyyət2-8 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Gənc ifaçıların "WORLD HARMONY" Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilib.
Olaylar.az bildirir ki, gənc ifaçıların "WORLD HARMONY" Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi instrumental solo - fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri, vokal - (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib. Yarışmaya beş yaş qrupu üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən 346 nəfər solo ifaçı (Almaniya - 1, Belorus - 5, Gürcüstan - 5, Qazaxıstan - 47, Özbəkistan - 4, Rusiya - 20, Ukrayna - 4, Macarıctan - 2, Litva - 2, Azərbaycan - 256 nəfər) və 6 xor, 2 rəqs kollektivi, 19 qarışıq tərkibli ansambl qatılıb. Təşkilat komitəsi tərəfindən Qran Pri mükafatçılarına 300 (üç yüz), I dərcəli diplom alan iştirakçılara isə 200 (iki yüz) manat məbləğində mükafat ayrılıb.
Aprelin 3-də saat 10:00-da müsabiqənin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Böyük zalında baş tutacaq. Açılışdan sonra müsabiqə öz işinə başlayır, bütün nominasiyalar üzrə yaş qrupları arasında I turun dinləyişləri keçiriləcək. Aprel ayının 3 - 5 tarixlərində birinci tur, aprel ayının 5-6 tarixlərində isə ikinci tur dinləyişlərinin keçirilməsi nəzərdə tutulub.
Aprelin 4-də saat 19:00-da M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında Sankt-Peterburq Musiqi Liseyinin Ümumrusiya və Beynəlxalq müsabiqə laureatları olan müəllim və şagirdlərinin iştirakı ilə konsert keçiriləcək.
Aprelin 7-də saat 14:00-da M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında "WORLD HARMONY" Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi qaliblərin qala-konserti ilə yekunlaşacaq. 5 nəfər Qran Pri və 22 nəfər I dərəcəli diploma layiq görülən laureatlara mükafatlar və hədiyyələr təqdim ediləcək, mükafatlandırma mərasimindən sonra seçilmiş ən yaxşı ifaçıların iştirakı ilə konsert təqdim ediləcək.
Müsabiqənin münsiflər heyəti Azərbaycan daxil olmaqla Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Monako, Rusiya, Özbəkistan kimi ölkələrdən dəvət olunmuş 19 nəfər mütəxəssislərdən təşkil edilib: