ABŞ Almaniyanı NATO-da xərcləri artırmağa çağırdı
Birləşmiş Ştatların administrasiyası Almaniyanı hərbi xərcləri artırmağa və NATO qarşısında öhdəlikləri yerinə yetirməyə çağırdı. Bu haqda ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.
4 Aprel 2019 09:45 DünyaBirləşmiş Ştatların administrasiyası Almaniyanı hərbi xərcləri artırmağa və NATO qarşısında öhdəlikləri yerinə yetirməyə çağırdı.
Bu haqda ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.
Pensin sözlərinə görə, ittifaqda bir çox ölkələr, ilk növbədə Almaniya müdafiə xərcləri üzrə öz öhdəliklərini yerinə yetirmir. O xatırladıb ki, NATO-ya üzv ölkələrin öhdəliklərinə əsasən, müdafiə xərcləri ölkənin ümumi daxili məhsulun həcminin 2 faizindən çox olmalıdır.
Vitse-prezident həmçinin bildirib ki, "Şimal axın-2" qaz kəməri layihəsinin tikintisi davam etdiriləcəyi halda, Almaniya Rusiyanın girovu ola bilər. Publika.az