Ərdoğanın köməkçisi ABŞ-dan seçim tələb etdi: Ya Türkiyə, ya da...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay ABŞ-ın vitse-prezidenti Mayk Pensin Türkiyə ilə bağlı son bəyanatına cavab verib. O, ABŞ-ın artıq qərar verməli olduğunu bildirib. “ABŞ artıq qərar verməlidir. Türkiyənin müttəfiqi olaraq qalmaq istəyir, yoxsa NATO üzrə müttəfiqinin düşmənlərinə qarşı müdafiəsini baltalamaq üçün terrorçularla əməkdaşlıq edərək dostluğumuzu riskə atmaq istəyir?”, - Fuad Oktay tvitter hesabında yazıb.
4 Aprel 2019 09:42 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay ABŞ-ın vitse-prezidenti Mayk Pensin Türkiyə ilə bağlı son bəyanatına cavab verib.
O, ABŞ-ın artıq qərar verməli olduğunu bildirib.
"ABŞ artıq qərar verməlidir. Türkiyənin müttəfiqi olaraq qalmaq istəyir, yoxsa NATO üzrə müttəfiqinin düşmənlərinə qarşı müdafiəsini baltalamaq üçün terrorçularla əməkdaşlıq edərək dostluğumuzu riskə atmaq istəyir?", - Fuad Oktay tvitter hesabında yazıb.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Türkiyəni "S-400" və NATO arasında seçim etməyə çağırmışdı.
"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir",- Penst tvitter səhifəsində yazıb. Publika.az