Autizm gününə həsr olunmuş tədbir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində Autizm barədə Maarifləndirmə gününə həsr olunmuş tədbir keçirilib.
3 Aprel 2019 17:09 SosialBakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində Autizm barədə Maarifləndirmə gününə həsr olunmuş tədbir keçirilib.
Olaylar.az bildirir ki, ölkəmizdə belə tədbirlərin keçirilməsində məqsəd autizmdən əziyyət çəkən uşaqlara, onların valideynlərinə dəstək olmaq, aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.
Tədbirdə tanınmış müğənnilər Nüşabə Musayeva, Səma Abdullayeva, Ülkər Yaşar qızı və Rasim Səfərin ifasında bir-birindən gözəl musiqilər təqdim edilib. Müğənnilərin ifaları uşaqlarda xoş təsürrat yaradıb.