Youth Inc. və INNOLAND arasında memorandum imzalandı
“Youth Inc.” Sahibkarlıq Proqramı və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb. Olaylar.az bildirir ki, imzalanan memorandum çərçivəsində hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub. Memoranduma əsasən təcrübə və istedad mübadiləsi ilə yanaşı, birgə demo turlar, təlimlər də təşkil olunacaqdır.
5 Aprel 2019 10:27 İqtisadiyyat"Youth Inc." Sahibkarlıq Proqramı və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.
Olaylar.az bildirir ki, imzalanan memorandum çərçivəsində hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub. Memoranduma əsasən təcrübə və istedad mübadiləsi ilə yanaşı, birgə demo turlar, təlimlər də təşkil olunacaqdır.
Keçirilən tədbirdə həmçinin "Youth Inc." Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim öz çıxışlarında imzalanan memorandumun qarşılıqlı fəaliyyətin daha da böyüməsinə böyük təkan verəcəyini və hər iki mərkəzin startap ekosisteminin genişlənməsi üçün atacağı addımlardan bəhs edib. Çıxışlarda memorandum əsasında görüləcək işlərin ölkəmizdə gənc startapçıların və biznes ideyaların inkişaf edərək yerli və beynəlxalq bazara çıxmasına dəstək olacağı da qeyd edilib. Bundan əlavə çıxışlarda ölkəmizdə startap ekosisteminin və KOS-un inkişafına dəstək verilməsi və gənc ideya sahiblərinə imkanların yaradılması üçün bu tipli əməkdaşlıqların müsbət qiymətləndirildiyi qeyd edilib.
Baş tutan tədbirdə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Sahibkarlığa Dəstək Agentliyi və digər qurumların nümayəndələri iştirak edib.
"INNOLAND" kovörkinq, inkubasiya, akselerasiya və İT təlim-tədris mərkəzindən ibarətdir. Buradakı "Kovörkinq" mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. "İNNOLAND"də fəalliyyət göstərəcək "Kovörkinq" mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.