Konfutsi İnstitutu turizm sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 18-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahət" sərgisində iştirak edən Çin Dövlət Turizm Agentliyinin Moskvadakı Nümayəndəliyinin direktor müavini xanım Xuan Yanyan ilə görüş keçirilib.
8 Aprel 2019 10:14 SosialAzərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 18-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahət" sərgisində iştirak edən Çin Dövlət Turizm Agentliyinin Moskvadakı Nümayəndəliyinin direktor müavini xanım Xuan Yanyan ilə görüş keçirilib.
Olaylar.az bildirir ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin ilə Azərbaycan arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini vurğulayıb, Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb.
Xanım Xuan Yanyan Çin bazarında Azərbaycanın turizm məhsulunun və Azərbaycan bazarında Çin turizm məhsulunun iştirakını, dövlətlərimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində turizm xidməti keyfiyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin turizm üzrə peşəkar kadrların hazırlanması istiqamətində Azərbaycan-Çin əlaqələrinin inkişaf etdirilməsi, ölkələrimizin turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsini, turizmin müxtəlif problemləri barədə mütəşəkkil elmi-tədqiqatlar həyata keçirilməsini, sorğu-məlumat, metodiki və reklam materiallarının sistematik mübadiləsin aparılmasını vurğulayıb.
Sonra turizm sektoru üzrə peşəkar kadrların hazırlanması istiqamətində, turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsinin aparılması sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.