Dünya
İŞİD-də döyüşən azərbaycanlıların məhkəməsi başladı
Suriyada qanunsuz silahlı birləşmələrdə təqsirləndirilən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs edilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.
Evə girən silahlı şəxs 5 nəfəri öldürdü
Türkiyə mətbuatında yayılan son dəqiqə xəbərinə görə, Konya şəhərində əlində silah olan şəxs Cihanbeyli mahalında girdiyi evə atəş açaraq 5 nəfəri öldürüb. Onun şizofren olduğu deyilir.
ABŞ-da Trampa qarşı cinayət işi açıldı
Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampı dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra bizneslə məşğul olmaqda şübhəli bilərək, konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşırlar.
Rusiyada yol qəzasında 11 nəfər həlak oldu
Rusiyanın Zabaykalye bölgəsində ağır yol qəzası baş verib. Sərnişin avtobusunun aşması nəticəsində baş verən qəzada 11 nəfər həyatını itirib.
Nazirlər Natiq Əliyevə görə Bakıya gələcəklər
Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Falih bu gün Azərbaycana gələcək. A.Novak vəF. əl-Falih bu həftə vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gəlir. Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.
2,5 minə yaxın miqrant xilas edildi
Liviya sahillərində 2 sutka ərzində 2,5 minə yaxın miqrant xilas edilib. Bunu BMT-nin qaçqınlar üzrə Ali Komissarının İdarəsində bildiriblər. Məlumata əsasən, azı 52 miqrant itkin düşmüş sayılır. Onların axtarışı ilə hazırda İtaliya Sahil Mühafizəsi Xidmətinin əməkdaşları məşqul olur.
İftar süfrəsində dava düşdü
Hindistanda vertolyot qəzası: ölən və yaralananlar var
Hindistanda vertolyot qəzaya uğrayıb. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə ölkənin şimalındakı Uttarakhand ştatında qeydə alınıb. Belə ki, xüsusi aviaşirkətə məxsus "Agusta 119" vertolyotu Haridvar şəhərinə uçuş zamanı havanın təzyiqinin aşağı olması səbəbindən müvazinətini itirərək yerə düşüb. Nəticədə vertolyotun mexaniki ölüb, iki pilot isə xəsarət alıb.
İŞİD liderinin növbəti dəfə ölüm xəbəri yayıldı
İŞİD terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin Rakka şəhərinə hava zərbəsi zamanı öldürüldüyü barədə xəbər yayılıb. Bu barədə "Daily Mail" qəzeti Suriya Dövlət Televiziyasına istinadən məlumat yayıb. Ancaq terrorçuların "Amaq" saytı bunu təsdiqləyən məlumat yaymayıb.
Putin: "Nəvələrimlə oynamağa vaxtım olmur"
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Amerikanın "Oskar" mükafatlı rejisoru Oliver Stouna verdiyi müsahibəsi medianın marağına səbəb olub.
İranda bir kənd tamamilə dağıdıldı
Aktrisa silikonları partladığına görə serialı tərk etdi
Tehranda terror aktları ilə bağlı 8 nəfər saxlanıldı
İranda hüquq-mühafizə orqanları tərəfindən Tehranda baş vermiş terror aktları ilə əlaqədar 8 nəfər saxlanılıb. Şübhəlilər Elburs əyalətində saxlanılıb. İran Ədliyyə Nazirliyinin məlumatına görə, saxlanılanlar terrorçulara dəstək verməkdə şübhəli bilinirlər. Bu günədək saxlanılanların sayı 41 nəfərə çatıb.














