Nazirlər Natiq Əliyevə görə Bakıya gələcəklər

Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Falih bu gün Azərbaycana gələcək. A.Novak vəF. əl-Falih bu həftə vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gəlir. Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.

Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Falih bu gün Azərbaycana gələcək.

A.Novak vəF. əl-Falih bu həftə vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gəlir. Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.

Qeyd edək ki, N. Əliyev dünən İkinci Fəxri Xiyabanda dəfn edilib. Bu barədə "İnterfaks-Azerbaydjan" agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31