2,5 minə yaxın miqrant xilas edildi
Liviya sahillərində 2 sutka ərzində 2,5 minə yaxın miqrant xilas edilib. Bunu BMT-nin qaçqınlar üzrə Ali Komissarının İdarəsində bildiriblər. Məlumata əsasən, azı 52 miqrant itkin düşmüş sayılır. Onların axtarışı ilə hazırda İtaliya Sahil Mühafizəsi Xidmətinin əməkdaşları məşqul olur.
12 İyun 2017 09:37 DünyaLiviya sahillərində 2 sutka ərzində 2,5 minə yaxın miqrant xilas edilib. Bunu BMT-nin qaçqınlar üzrə Ali Komissarının İdarəsində bildiriblər. Məlumata əsasən, azı 52 miqrant itkin düşmüş sayılır. Onların axtarışı ilə hazırda İtaliya Sahil Mühafizəsi Xidmətinin əməkdaşları məşqul olur.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Avropaya dəniz yolu ilə 54 min qaçqın keçib. 1,3 min qaçqın dəniz yolu ilə keçməyə cəhd göstərərkən həlak olub və ya itkin düşüb.