Dünya
İtaliyada zəlzələ baş verdi
Kvant kompüterləri üçün lazım olan ultranazik maqnit yaradılıb
Massaçusets Texnologiya İnstitutu və Vaşinqton Universitetinin alimləri dünyada ilk dəfə ikiölçülü maqnit yaratmağa müvəffəq olublar. Alimlərin sözlərinə görə, xrom triodid adlı birləşmə hətta bir atom qalınlığında olarkən maqnit xüsusiyyətlərini saxlamaq qabiliyyətinə malikdir.
“Project Wing” dronlar üçün dispetçer sistemini sınaqdan keçirib
İstehlak məqsədli pilotsuz uçan aparatların (dron) əlçatanlığı onların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Yaxın gələcəkdə belə aparatların sayının artması idarə edilən aviatexnika üçün təhlükə yaradacaq. Belə təxmin edilir ki, xüsusi proqram həlləri (müəyyən sahələr daxilində uçuşlara qadağa qoyulması və ya maneədən yan keçmək üçün alqoritmlər) toqquşmaların qarşısını almağa imkan verəcək. Alternativ qismində olduğu yerin monitorinqini təmin edən “ADS-B” texnologiyası nəzərdə tutulur.
Yeni dron bütün istiqamətlər üzrə uçacaq
İsveçrədə bütün istiqamətlər üzrə sərbəst hərəkət edən pilotsuz uçan aparat yaradılıb. Əksər dronlar havada üfüqi şəkildə qaldığı halda, “Voliro” adlanan aparat istənilən əyilmə bucağı altında asanlıqla hərəkət edə bilir. Buna bütün tərəflərə dönən altı müstəqil propeller sayəsində nail olmaq mümkün olub.
Fərdi qurğulardan istifadə son həddə çatıb
“Cisco” şirkətinin yeni hesabatında hazırda internetin əksər hissəsinin smartfon, planşet və fərdi kompüterlərlə - insanı informasiya ilə təchiz edən qurğularla təmsil olunması qeyd edilib və beş il sonra həmin qurğuların sayının azalacağı və əsas diqqətin “ağıllı” ev, ofis və avtomobillərdə bir-biri ilə ünsiyyət üçün nəzərdə tutulan kompüterlərə yönəldiləcəyi proqnozlaşdırılır.
Robot ali məktəbə daxil olmaq üçün riyaziyyatdan test imtahanı verib
Çində düzəldilmiş “AI-MATHS” robotu Çendu (Cənub-Qərb Çin) şəhərində ali məktəblərə daxil olmaq üçün vahid dövlət imtahanı zamanı riyaziyyatdan test imtahanı verib.
Kiçik cihaz yuxu zamanı apnoe xəstəliyinə diaqnoz qoyur
Apnoe xəstəliyinə (tənəffüs hərəkətlərinin dayanması) diaqnoz qoymaq üçün insanlar yuxu laboratoriyasına (polisomnoqrafiya) göndərilir. Pasiyentlər tədqiqat çərçivəsində başa bərkidilmiş çoxsaylı elektrodların nəzarəti altında gecəni tibbi müəssisədə keçirməli olurlar. Bundan başqa, mövcud olan diaqnostik qurğular evdə də istifadə oluna bilər, ancaq belə qurğular kifayət qədər böyük yer tutur. İndi “Somnarus” startapı tərəfindən təqdim edilmiş “SomnaPatch” adlı kiçik cihaz yuxu zamanı apnoe xəstəliyinə yüksək dəqiqliklə diaqnoz qoya bilir.
Yuxusuzluğun daha bir çarəsi tapıldı
Alimlər yuxusuzluğun daha bir çarəsini tapıblar. Bunun üçün insan uzanıqlı halda öz beynini aldatmalıdır. Kanadalı alimlər yuxusuzluqdan əziyyət çəkənlərə hər hansı bir neçə hərfi seçib bundan sözlər düzəltməyi, sonra isə həmin sözləri vizual olaraq canlandırmağı tövsiyə edirlər. Sözlər emosianal yüklü olmamalıdır ki, beyni çox məşğul etməsin. Alimlər təcrübədən belə nəticəyə gəliblər ki, bu üsulla ən uzağı 20 dəqiqəyə yuxulamaq mümkündür.
Tənhalıq vaxtsız ölüm riskini artırır...
ABŞ-dakı Brihem Yanq Universitetindən olan tədqiqatçılar 300 min nəfər arasında sorğu apararaq bu nəticəyə gəlmişlər ki, alkoqolizm, siqaret çəkmək və piylənmə kimi, tənhalıq da insana məhvedici təsir göstərir.
"Bir zolaq – bir yol": yeni dünya nizamı və təhlükəsizlik problemləri kontekstində
Pekində böyük bir forum keçirilib. Çin rəhbərliyi 2013-cü ildə "Bir zolaq - bir yol" adlı maraqlı layihə irəli sürüb. Bunu prezident Si Szinpin ilk dəfə Qazaxıstana olan səfərində ifadə edib.
İstanbulda 4 mərtəbəli bina çökdü - Dağıntı altında qalan var
İstanbulda 4 mərtəbəli bina çöküb. Binada yaşayış olmayıb. Dağıntılar arasında bir uşağın qaldığı bildirilir. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib. Ətrafda bir neçə avtomobilin də zərər gördüyü bildirilir.
Antalyada rusiyalı turistlər qəzaya uğradı - Xəsarət alanlar var
Türkiyənin Antalya vilayətində baş vermiş qəza nəticəsində 5 rusiyalı turist xəsarət alıb. Xəsarət alanlar arasında iki uşaq da olub.
Son dəqiqə: Əsgərləri daşıyan avtobus aşdı: 47 yaralı - Türkiyədə - VİDEO
Türkiyənin Samsun ərazisində yeni əsgərləri daşıyan avtobus aşıb. Dəhşətli qəzada 47 nəfər yaralanıb. Qəzada biri baş leytenant olmaqla 47 hərbçi yaralanıb. Yaralı əsgərlər əraziyə gələn təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.
Qətərə qarşı Səudiyyə SSENARİSİ: Hücumların arxasındakı ŞOK SƏBƏB
İrana yaxınlıqda və terrora dəstək verməkdə ittiham edilən Qətər Körfəz ölkələri tərəfindən embarqolara məruz qalır. Ərəb ölkələrinin Qətərə qarşı qəfil embarqo qərarı isə ABŞ prezidenti Donald Trampın ilk xarici səfərindən sonra verildi.
İranda 41 İŞİD-çi həbs olunub
İran Təhlükəsizlik Nazirliyi İŞİD qruplaşmasının üzvlərindən 41 nəfərin həbs olunduğunu açıqlayıb. Nazirliyin açıqlamasında bildirilir ki, aparılan çətin əməliyyatlar nəticəsində Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehran əyalətlərində 41 nəfər yaxalanıb. Terrorçulardan müxtəlif sənədlər, silah və sursat aşkarlanaraq götürülüb. Əməliyyatlar zamanı onlara hər hansı əks-hücum imkanı verilməyib.














