Tənhalıq vaxtsız ölüm riskini artırır...
ABŞ-dakı Brihem Yanq Universitetindən olan tədqiqatçılar 300 min nəfər arasında sorğu apararaq bu nəticəyə gəlmişlər ki, alkoqolizm, siqaret çəkmək və piylənmə kimi, tənhalıq da insana məhvedici təsir göstərir.
9 İyun 2017 19:05 DünyaABŞ-dakı Brihem Yanq Universitetindən olan tədqiqatçılar 300 min nəfər arasında sorğu apararaq bu nəticəyə gəlmişlər ki, alkoqolizm, siqaret çəkmək və piylənmə kimi, tənhalıq da insana məhvedici təsir göstərir.
Şübhə yoxdur ki, qohumlarının və yaxınlarının dəstəyinə güvənən insan özünü daha xoşbəxt hiss edir, onun ahıl yaşa sağlam vəziyyətdə çatmaq şansı 50 faiz artır. Eyni zamanda alimlər bu fikirdədirlər ki, tənhalığın insan sağlamlığına vurduğu ziyanı gündə 15 siqaret çəkmək, alkoqoldan sui-istifadə etmək və piylənməyə meyilli olmaq kimi amillərin vurduğu ziyanla müqayisə etmək olar. Tənhalıq vaxtsız ölüm riskini artıran əsas amillərdən biridir. Qohumlarla, dostlarla ünsiyyət isə insanın başqa insanlara görə məsuliyyət hissini artırmaqla yanaşı, həm də öz sağlamlığının qeydinə qalmağa sövq edir. Alimlərin fikrincə, məhəbbət, dostluq, şəxsi ünsiyyət hər bir insanın həyatında böyük əhəmiyyət kəsb edir.