Dünya
Sərnişin təyyarəsi Yaponiyada təcili eniş etdi
Cənubi Koreyanın "Korean Air" aviaşirkətinə məxsus təyyarə Yaponiyada məcburi eniş edib. Buna səbəb pilotların kabinəsində tüstülənmə olub. Fukuoka hava limanına məcburi eniş edən təyyarənin 151 sərnişini və 8 ekipaj üzvü olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Səudiyyə Ərəbistanının İrana qarşı aldığı silahların siyahısı AÇIQLANDI
ABŞ-ın Səudiyyə Ərəbistanına satacağı silahların çeşidi ilə bağlı yeni sənəd üzə çıxıb. Donald Trampın Yaxın Şərq səfəri zamanı krallığın rəhbərliyi ilə razılaşdırdığı 110 milyard dollarlıq silah müqaviləsi raket əleyhinə müdafiə sistemlərindən tutmuş, döyüş sursatları və döyüş təyyarələrinə qədər fərqli silahları əhatə edir. Həmin texnikanın İrana qarşı mümkün hərbi münaqişə zamanı istifadə olunacağı bildirilir.
Məşhur müğənni hamamda yıxıldı: təcili əməliyyat olundu, yeriyə bilmir
Dünyaca məşhur müğənni Fill Kollinsin İngiltərə turnesi əsnasında başına iş gəlib. O, xəstəxanaya çatdırılıb. İngiltərədə qaldığı otel otağında duş qəbul etmək istəyərkən ayağı sürüşən və başı kafelə dəyən Fill Kollins təcili olaraq London Xəstəxanasına çatdırılıb.
Britaniyada seçkilər: mühafizəkarlar köhnə problemlərlə bağlı yeni sınaq qarşısında - ŞƏRH
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə əsasən, fəaliyyətdə olan baş nazir Tereza Meyin başçılıq etdiyi Mühafizəkarlar Partiyası 42 faizdən artıq səs toplasa da, hökuməti təkbaşına qura bilməyəcək.
İrandakı terrorda şübhəli bilinən daha iki nəfər tutulub
Tehranda terrorların törədilməsində şübhəli bilinən daha iki nəfər saxlanılıb. Şübhəlilər Kermanşah əyalətində tutulublar. Polis əyalətin Selas-Babacani rayonunda keçirdiyi axtarış-əməliyyat tədbiri nəticəsində avtomobillərdən 92 ədəd yüngül odlu silah aşkarlayaraq götürüb.
Özbəkistanda rəhbərə mədhiyyə qoşmaq qadağan olundu: “Cəzalanacaqlar!”
Özbəkistanda rəhbərə mədhiyyələr oxumağın dərin tarixi var. Amma rəsmi Daşkənd indi bu qədim ənənə ilə birdəfəlik vidalaşmaq istəyir. Əgər bu baş tutarsa, Özbəkistan bütün Mərkəzi Asiyada istisna olacaq. “Azadlıq” radiosunun özbək xidmətinin məlumatına görə hakimiyyət orqanları elan ediblər ki, rəsmiləri mədh edən mahnıları oxuyan və onları yazanlara qarşı ağır cərimələr tətbiq olunacaq , hətta lisenziyaları əllərindən alınacaq.
Dörd müsəlman dövləti Qətərlə bağlı “qara siyahısı”nı açıqladı :Terrorçu elan edilən 59 nəfər kimlərdir? – BƏYANAT
Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri dövləti və Bəhreyn Krallığı birgə bəyanat imzalayıb.
99 milyon illik tapıntı - Daşın içərisindəki quş başı...
Çin, ABŞ və Kanadadan olan bir qrup mütəxəssis kəhrəba daşını araşdırmağa başlayıb. Bu günə qədər müdafiə olunan, içərisində bala bir quş olduğu görülən 99 milyon il yaşı olan maraqlı abidə (skelet) ilk dəfə ictimaiyyət qarşısında nümayiş olunub. 2016-cı ildə Myanmanın qərbində yerləşən daş içərisində olan skeletin yaşını müəyyənləşdirmək üçün mütəxəssislər bir neçə ay vaxt sərf edib.
ABŞ kəşfiyyatının İrana HÜCUM PLANI – Əməliyyata “Qaranlıq şahzadə” başçılıq edəcək
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “Qaranlıq şahzadə” ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə gətirilib. Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea “Qaranlıq şahzadə” və “Ayətullah Mike” ləqəbləri ilə tanınır: “Onun CİA-nın İran bölməsinin rəhbərliyinə gətirilməsi Tramp Administrasiyasının İran məsələsində daha sərt addımlar atacağından xəbər verir”.
Türkmənistanda pulsuz kommunal xidmətlər ləğv edilir
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov əhaliyə müraciət edərək ölkə vətəndaşlarını pulsuz elektrik enerjisi, içməli su və təbii qaz təminatı ilə vidalaşmağa hazır olmağa çağırıb.
Rusiyalı pilotlar kütləvi şəkildə ölkəni tərk edir
Son 2 il yarım ərzində 300 yüksək ixtisaslı rusiyalı təyyarə pilotu ölkəni tərk edərək, Asiya dövlətlərinin aviaşirkətlərinə üz tutublar. Hazırda daha 400 pilot zəruri sənədləri toplayaraq, Rusiyanı tərk etmək niyyətindədir. Əsas səbəb isə fərqli əməkhaqqı, istirahət imkanı və planlı uçuş saatlarının azlığıdır.
Yaxın Şərq- xristian dünyasının manipulyasiya obyekti
Son zamanlar müsəlman ölkələrində-Qətər, İran və Səudiyyə Ərəbistanında baş verənlər islamofobların əlində növbəti arqumentə çevrilib. Bu proseslərin İslam dünyasının müqəddəs hesab etdiyi Ramazan ayına təsadüf etməsi də bilərəkdən seçilib. Yəni, Qərbdə, Avropada belə bir fon yaratmağa hesablanıb ki, baxın bu müsəlmanlara, görün müqəddəs aylarında bir-birinə qarşı nə edirlər. Elmləri yoxdur, ədalətli dövlət qura bilmirlər və s.
İŞİD Kərbəlanı hədəf aldı
İŞİD terror təşkilatı İraqın müqəddəs şəhəri – Kərbəla şəhərində canlı bomba bazarda partlayış törədib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, partlayış nəticəsində 20 nəfər həlak olub, ən azı 25 nəfər isə yaralanıb.
Facebook-dan qeyri-adi vakansiya
Facebook şirkəti öz saytında Rusiya hakimiyyət orqanları ilə əlaqələr üzrə menecer vakansiyası elan edib. Menecerin iş yeri olaraq Varşava göstərilib. Onun vəzifələrinə qanunvericilikdə sosial şəbəkələrə toxuna biləcək son dəyişikliklərin monitorinqi, məmurlarla görüşlərdə Facebook-un maraqlarının təqdim olunması daxildir.
Kataloniya müstəqil olmaq istəyir - Referendumun vaxtı açıqlandı
İspaniyanın Kataloniya muxtar vilayətinin müstəqilliyi ilə bağlı referendum bu il oktyabrın 1-də keçiriləcək. Bu barədə vilayətin rəhbəri Karles Puçdemon bəyan edib.














