Yaxın Şərq- xristian dünyasının manipulyasiya obyekti

Son zamanlar müsəlman ölkələrində-Qətər, İran və Səudiyyə Ərəbistanında baş verənlər islamofobların əlində növbəti arqumentə çevrilib. Bu proseslərin İslam dünyasının müqəddəs hesab etdiyi Ramazan ayına təsadüf etməsi də bilərəkdən seçilib. Yəni, Qərbdə, Avropada belə bir fon yaratmağa hesablanıb ki, baxın bu müsəlmanlara, görün müqəddəs aylarında bir-birinə qarşı nə edirlər. Elmləri yoxdur, ədalətli dövlət qura bilmirlər və s.

Son zamanlar müsəlman ölkələrində-Qətər, İran və Səudiyyə Ərəbistanında baş verənlər islamofobların əlində növbəti arqumentə çevrilib. Bu proseslərin İslam dünyasının müqəddəs hesab etdiyi Ramazan ayına təsadüf etməsi də bilərəkdən seçilib. Yəni, Qərbdə, Avropada belə bir fon yaratmağa hesablanıb ki, baxın bu müsəlmanlara, görün müqəddəs aylarında bir-birinə qarşı nə edirlər. Elmləri yoxdur, ədalətli dövlət qura bilmirlər və s.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əkrəm Həsənov İslam aləmində baş verən prosesləri şərh edərkən deyib ki, müsəlman dünyasında problem çoxdur və son hadisələr də xoşagələn deyil: "Lakin daha dərin təhlil göstərir ki, müsəlman dünyası intibah dövrünü yaşayır, güclənir və bu da, təbii, bəzilərini narahat edir". Əkrəm Həsənov onu da qeyd edib ki, Yaxın Şərq son əsrlər ərzində xristian dünyasının manipulyasiya obyektidir: " Müsəlmanları bir-birinə qarşı qaldırırlar və s. Lakin əsas hədəf xristian ölkələrinin öz konfliktləridir. Avropada ilk qlobal savaş nə vaxt olub? XIX əsrin əvvəlində: Napoleon müharibələri. Avropalılar qırırdı bir-birini. Ondan bir az əvvəl isə Yaxın Şərqdə müsəlmanlar arasında müharibələr gedirdi. Səud dövləti də məhz o zaman yaranmışdı. Yəni müsəlmanların çaxnaşmaları avropalıların sonrakı qırğını qarşısında heç nə idi. Halbuki, həmin dövr Avropanın Maarifçilik epoxası və s. hesab olunurdu. Bəs, maarifçilikləri niyə bir-birini kəsib doğramaqla bitdi?". Hüquqşünas qeyd edib ki, XIX əsrin sonunda isə Avropa humanizmdən çox danışırdı: "Qızıl Xaç kimi təşkilatlar da yaradırdı və s. Yaxın Şərqə də rişxənd edirdilər: guya "geridə qalmış" müsəlmanlar yenə bir-biri ilə müharibə edirdi. Sonu nə oldu? I Dünya Müharibəsi oldu və xristian dövlətləri yenə tarixdə misli görünməyən qəddarlıqla vuruşdular öz aralarında. Budur humanizm? Sonda Millətlər Liqası yarandı, beynəlxalq hüquqdan-filan dəm vurmağa başladı Avropa və yenə də müsəlman ölkələri arasındakı savaşlara yuxarıdan aşağı baxdı. Yekunu nə oldu? II Dünya Müharibəsi: Holokost, qaz kameraları, atom bombası və s. Odur ki, hazırda da müsəlmanlar arasında çaxnaşmaların artması yalnız bir şeydən xəbər verir: yaxında "sivil" ölkələr yenə bir-birinin qanını içəcək və həmin fonda müsəlmanların etdikləri uşaq oyununa bənzəyəcək. Ona görə də tələsməyin, sadəcə bir az gözləyin. Və bu zaman bir şeyi də unutmayın: bütün bu müharibələr nəticəsində müsəlman dünyası güclənir. Bəli, güclənir. Müsəlman dövlətlərinin indiki vəziyyətini XIX əsrin əvvəli ilə sadəcə müqayisə edin. Müstəmləkə və ya yarımüstəmləkə idilər, amma xristian savaşları nəticəsində yavaş-yavaş gücləndilər. Fikir verin: dünyanın ən güclü dövləti Birləşmiş Ştatlar prezidenti Donald Tramp ilk səfərəini hara etməli oldu? Yaxın Şərqə - konkret olaraq Səud dövlətinə. XIX əsrdə heç belə şey ola bilərdi?. O cümlədən bu səbəbdən bəzi başdan xarab müsəlmanların terror aktlarını Avropa dövlətlərinin son iki əsrdə törətdikləri vəhşiliklərlə (mən hələ daha əvvəl olmuş amerika xalqlarının soyqırımını, XX əsrin əvvəlinədək olmuş insan zooparklarını və s. demirəm) müqayisə edin. Müsəlmanlar həmişə xeyli humanist olub bunlardan.

Müsəlmanların elmi səviyyəsi də yavaş-yavaş güclənir. Müasir elmin əsasını elə məhz ilk müsəlmanlar qoyub. Sadəcə sonra dinlərindən uzaqlaşdılar deyə elmi itirdilər. İndi bu da qayıdır. Təsadüfi deyil ki, Qərb ölkələrində yerli əhali belə İslamı kütləvi şəkildə qəbul edir. Və bu da bəzilərini narahat edir. Dövlətçilik də güclənir müsəlman ölkələrində. Normal məhkəmə sistemi və s. olan ölkələr az deyil heç də. Məsələn, Malayziya, BƏƏ, Səudiyyə Ərəbistanı, İran və digər ölkələr".

O ki, qaldı müsəlmanlar arasındakı çaxnaşmalara, hüquqşünas bildirib ki, burada da qeyri-adi bir şey yoxdur: "Peyğəmbər (SAS) demişdi: "Yəhudilər 71 firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar 72 firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim 73 firqəyə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir". İndi daha az firqəyə bölünənlər bir-birinə qarşı belə amansızdırsa, müsəlmanlar arasında tam həmrəylik necə ola bilər axı? Odur ki, əziz müsəlman bacı və qardaşlarım, sıxılmayın və ucuz təbliğata uymayın, sadəcə səbrli olun, fitnəyə getməyin və rahatca bu "sivil" dövlətlər arasındakı soyuqdan istiyə keçəcək müharibələri gözləyin. Bizə düşən sadəcə dinimizi olduğu kimi yaşamaqdır və nəticədə Allahın bizə vəd etdiyi kimi İslam bütün dünyada zəfər çalacaq. Bunun qarşısını heç kəs ala bilməz".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31