İrandakı terrorda şübhəli bilinən daha iki nəfər tutulub

Tehranda terrorların törədilməsində şübhəli bilinən daha iki nəfər saxlanılıb. Şübhəlilər Kermanşah əyalətində tutulublar. Polis əyalətin Selas-Babacani rayonunda keçirdiyi axtarış-əməliyyat tədbiri nəticəsində avtomobillərdən 92 ədəd yüngül odlu silah aşkarlayaraq götürüb.

Qeyd edək ki, bir müddət əvvəl 5 nəfərin tutulduğu və istintaqın başladığı barədə məlumat yayılmışdı. Onlar Suriyanın Rakka və İraqın Mosul şəhərlərində terrorçu İŞİD qruplaşmasının tərkibində olublar.

Xatırladaq ki, iyunun 7-də naməlum şəxslərin İran parlamentinin binasına və ayətullah Xomeyninin məqbərəsinə silahlı hücumu nəticəsində 17 nəfər ölüb, 52 nəfər isə yaralanıb. "Report" "Təsnim"ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31