ABŞ kəşfiyyatının İrana HÜCUM PLANI – Əməliyyata “Qaranlıq şahzadə” başçılıq edəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “Qaranlıq şahzadə” ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə gətirilib. Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea “Qaranlıq şahzadə” və “Ayətullah Mike” ləqəbləri ilə tanınır: “Onun CİA-nın İran bölməsinin rəhbərliyinə gətirilməsi Tramp Administrasiyasının İran məsələsində daha sərt addımlar atacağından xəbər verir”.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) "Qaranlıq şahzadə" ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə gətirilib.
Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea "Qaranlıq şahzadə" və "Ayətullah Mike" ləqəbləri ilə tanınır: "Onun CİA-nın İran bölməsinin rəhbərliyinə gətirilməsi Tramp Administrasiyasının İran məsələsində daha sərt addımlar atacağından xəbər verir". Dandrea "Əl-Qaidə"nin zəiflədilməsində bir nömrəli şəxs kimi də tanınır. O, Yaxın Şərqdə CİA-nın saysız əməliyyatlarında iştirak edib. Virciniyada doğulan Dandreanın atası və babası da CİA əməkdaşı olub. İddialar var ki, Dandrea müsəlman qadınla ailə qurub və İslam dinini qəbul edib. İndiyə qədər Əfqanıstan, Pakistan və Yəmən kimi ölkələrdə qəddar üsulları ilə seçilib. Publika.az xəbər verir ki, bu barədə "Nyu York Times" nəşri yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31