Facebook-dan qeyri-adi vakansiya
Facebook şirkəti öz saytında Rusiya hakimiyyət orqanları ilə əlaqələr üzrə menecer vakansiyası elan edib. Menecerin iş yeri olaraq Varşava göstərilib. Onun vəzifələrinə qanunvericilikdə sosial şəbəkələrə toxuna biləcək son dəyişikliklərin monitorinqi, məmurlarla görüşlərdə Facebook-un maraqlarının təqdim olunması daxildir.
9 İyun 2017 13:22 DünyaFacebook şirkəti öz saytında Rusiya hakimiyyət orqanları ilə əlaqələr üzrə menecer vakansiyası elan edib. Menecerin iş yeri olaraq Varşava göstərilib. Onun vəzifələrinə qanunvericilikdə sosial şəbəkələrə toxuna biləcək son dəyişikliklərin monitorinqi, məmurlarla görüşlərdə Facebook-un maraqlarının təqdim olunması daxildir.
Namizəddən rus dilini ideal səviyyədə, ingilis dilini isə danışıq dili səviyyəsində bilmək, yüksək rütbəli məmurlarla iş və mətbuat katibliyi təcrübəsi, eləcə də internet və "Facebook"un cəmiyyətin faydasına olmasına inanmaq tələb olunur. Lent.az