Məşhur müğənni hamamda yıxıldı: təcili əməliyyat olundu, yeriyə bilmir
Dünyaca məşhur müğənni Fill Kollinsin İngiltərə turnesi əsnasında başına iş gəlib. O, xəstəxanaya çatdırılıb. İngiltərədə qaldığı otel otağında duş qəbul etmək istəyərkən ayağı sürüşən və başı kafelə dəyən Fill Kollins təcili olaraq London Xəstəxanasına çatdırılıb.
9 İyun 2017 15:55 DünyaDünyaca məşhur müğənni Fill Kollinsin İngiltərə turnesi əsnasında başına iş gəlib. O, xəstəxanaya çatdırılıb. İngiltərədə qaldığı otel otağında duş qəbul etmək istəyərkən ayağı sürüşən və başı kafelə dəyən Fill Kollins təcili olaraq London Xəstəxanasına çatdırılıb. Başına tikiş qoyulan 66 yaşlı müğənninin alın nahiyyəsindən də əməliyyat olunacağı açıqlanıb. Şüurunun yerində olduğu ifadə edilən sənətçinin konsert proqramı ləğv edilib. Kollinsin meneceri müğənninin rəsmi Facebook səhifəsindən bu açıqmalanı verib: "Fill keçirdiyi əməliyyata görə hal-hazırda gəzməkdə çətinlik çəkir. Qaldığı oteldə duşa getdiyi zaman ayağı sürüşüb və başından yaralanıb. Təcili olaraq xəstəxanaya aparılıb, müalicə altına alınıb. Fill konsertlərini ləğv etdiyi üçün üzr istəyir və hər kəsə təşəkkürünü bildirir". Milli.az xarici KİV-ə istinadən xəbər verir.