Yuxusuzluğun daha bir çarəsi tapıldı
Alimlər yuxusuzluğun daha bir çarəsini tapıblar. Bunun üçün insan uzanıqlı halda öz beynini aldatmalıdır. Kanadalı alimlər yuxusuzluqdan əziyyət çəkənlərə hər hansı bir neçə hərfi seçib bundan sözlər düzəltməyi, sonra isə həmin sözləri vizual olaraq canlandırmağı tövsiyə edirlər. Sözlər emosianal yüklü olmamalıdır ki, beyni çox məşğul etməsin. Alimlər təcrübədən belə nəticəyə gəliblər ki, bu üsulla ən uzağı 20 dəqiqəyə yuxulamaq mümkündür.
9 İyun 2017 19:28 DünyaAlimlər yuxusuzluğun daha bir çarəsini tapıblar. Bunun üçün insan uzanıqlı halda öz beynini aldatmalıdır. Kanadalı alimlər yuxusuzluqdan əziyyət çəkənlərə hər hansı bir neçə hərfi seçib bundan sözlər düzəltməyi, sonra isə həmin sözləri vizual olaraq canlandırmağı tövsiyə edirlər. Sözlər emosianal yüklü olmamalıdır ki, beyni çox məşğul etməsin. Alimlər təcrübədən belə nəticəyə gəliblər ki, bu üsulla ən uzağı 20 dəqiqəyə yuxulamaq mümkündür.
Qeyd edək ki, dünyada 20%-dən artıq insan gündəlik yuxusuzluqdan əziyyət çəkir. Publika.az