Dünya

Türkiyədə bələdiyyəyə silahlı hücum: Girov götürülənlər var

12 İyun 2017 16:56

Silahlı şəxs Türkiyənin Adana vilayətinin Sarıçam mahalının bələdiyyə idarəsinə hücum edib. Silahlı 3 nəfəri girov götürüb. 

625 milyonda bir görülən doğuş - Dünya bu uşaqdan danışır

12 İyun 2017 16:39

Ukraynalı 31 yaşlı qadının doğuşu dünya mediasının diqqətini cəlb edib. Belə ki, həkimlərin belə möcüzəvi adlandırdığı doğuşa 625 milyonda bir rast gəlinir. Bunun səbəbi uşağın ana bətnində deyil, qarın bölgəsində inkişaf etməsi olub.

Əlidən ayrılan Nurlana yenidən keçmiş sevgilisinə döndü

12 İyun 2017 16:34

Türkiyənin "Star" televiziyasında yayımlanan "Zuhal Topalla” evlilik verilişində iştirak edən Nurlana sevgilisi Əli ilə yollarını ayırıb. Bir müddət əvvəl Nurlananın parapsixoloq Həsən Həsrətli ilə sevgili olduqları iddia olunurdu. Hətta ikilinin səmimi videoları da yayılmışdır.

“Ermənisan KTMT-dən çıxacaq, NATO-ya üzv olacaq...”

12 İyun 2017 16:12

Mənim heç bir şübhəm yoxdur ki, Ermənistan KTMT-dən çıxacaq, NATO üzvü olacaq”. Bunu Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan İrəvanda keçirilən “NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: cari çağırışlar və regionda inkişaf” mövzusunda seminarda deyib.

Yeni hədəf Türkiyədir

12 İyun 2017 15:22

"Türkiyənin Cənub -Şərqində Həkkari, Mardin, Diyarbəkir bölgələrində PKK terror təşkilatının aktivləşməsi və hərbçilərə hücum halları çoxalıb. Şimali İraqda PKK kamplarına və Şimali Suriyada Türkiyənin uğurlu əməliyyatlarına cavab kimi terroristlər, bu ölkənin daxilində təxribatlarını həyata keçirir. Məqsəd Türkiyəni daxili savaşa çəkmək, Suriya və İraqda Pkk-PYD-nin güclənməsinə şərait yaratmaqdır".

ABŞ-ın keçmiş baş prokuroru Qətəri müdafiə edəcək

12 İyun 2017 15:19

Qətər hakimiyyəti ABŞ-ın keçmiş baş prokuroru Con Eşkrofta aid olan hüquq şirkətinə 2,5 milyon dollar ödəyib. Hüquq şirkəti Qətəri terrorizm ittihamlarından müdafiə edəcək. Telekanal iddia edir ki, Eşkroft bu işdə şəxsən iştirak edəcək. O, kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın baş prokuroru olub.

Kremlin Şanxay Əməkdaşlıq Təşkilatındakı hədəfi

12 İyun 2017 14:46

Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı planlarını mərhələ-mərhələ reallaşdırmağa nail olmaqdadır. Elə həftə sonu təşkilatın Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən sammiti və onun nəticələri də belə bir görüntünü ortaya qoymuş oldu. Belə ki, sammitin nəticələrindən bəlli oldu ki, İslamabad və Dehli Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvünə çevrildilər. Məlumat üçün qeyd edək ki, 2001-ci ildə təsis edilən təşkilatın əsas təşəbbüskarlarından biri məhz Rusiya Federasiyası olub və günümüzdə ŞƏT-in sıralarının genişlənməsi müəyyən mənada Rusiyanın uğuru sayıla bilər.

Qırğızıstan prezidenti: “Astanadakı kimi 3 milyardı sərgiyə xərcləsəm məni diri-diri yandırardılar...”

12 İyun 2017 14:39

Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstanın paytaxtı Astanada təşkil edilən “Gələcəyin enerjisi” sərgisinə xərclənən pullardan heyrətə gəlib. Atambayev sərginin təşkilinə 3 milyard dollar xərcləndiyini bildirib və Qırğızıstanın bu cür böyük pullara malik olmadığını deyib.

Yəməndə hərbi bazaya hücum - 2 hərbçi öldü

12 İyun 2017 14:29

Yəmənin şərqindəki Hadramaut əyalətində "Əl-Qaidə" terror qruplaşmasının silahlıları hərbi bazaya hücum edib. Hücum nəticəsində iki hərbçi həlak olub. Hərbçilər silahlı hücumun qarşısını ala bilib və hücum edənlərdən azı 10 nəfəri zərərsizləşdirilib.

Amerika tankları Kəbənin QAPILARINDA: Yaxın 50 il üçün DƏHŞƏTLİ PROQNOZLAR

12 İyun 2017 14:20

“Bu coğrafiyanı Amerika və İngiltərə idarə edir. Qərarı onlar verir, səlahiyyət onlardadır, təlimat onlardan gəlir. Müstəqil kimi görünən ölkələr əslində, işğal altındadır. Yaxın Şərq işğal altındadır. Ölkələr bir-biri ilə vuruşdurulur və parçalanır”.

Yaxın Şərqdə gərginlik kuliminasiya nöqtəsində

12 İyun 2017 13:47

Yaxın və Orta Şərqdə davam edən gərginlik özünün kuliminasiya nöqtəsinə çatır desək, yanılmarıq. Birləşmiş Ştatlar prezidentiDonald Trampın Yaxın Şərq səfəri, İranda prezident seçkiləri, Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsinin siyasi nəticələri artıq özünü göstərməkdədir. Göründüyü kimi, bu son proseslərdə hədəf iki ölkə - İran və Qətərdir. Bəs nə üçün məhz bu ölkələr hədəf seçilib, bunun arxasında hansı ziddiyyətlər dayanır?

Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçiriləcək

12 İyun 2017 13:37

Bu gün Rusiyanın paytaxtı Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçiriləcək.  Etiraz aksiyası paytaxtın Tverskaya küçəsinə təyin edilib. Aksiyanın təşkilatçısı Aleksey Navalnı son anda tədbirin keçiriləcəyi yerin akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. O bildirib ki, buna səbəb səhnə və səsin tərtibatına cavabdeh olan şəxslərin aksiya iştirakçıları ilə əməkdaşlıqdan imtina etmələri olub. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

İranda 4 İŞİD-çi öldürüldü

12 İyun 2017 13:28

İranda İŞİD bayrağını daşıyan 4 silahlı şəxs polislə atışmada öldürülüb. Bu şəxslərdən ikisi əcnəbi olub. Hadisə iyunun 11-də İranın Hörmuzqan əyalətində baş verib.

Dünyanın ən qısa orucu bu kənddə tutulur - Oruc müddəti cəmi 3,5 saatdır

12 İyun 2017 13:16

Müsəlman dünyası Ramazan ayını yaşayır.  On bir ayın sultanı olan Ramazan bu il də ilin ən qızmar günlərinə təsadüf edib. Buna baxmayaraq müsəlmanlar uzun saatlarla ac-susuz qalaraq inandıqları dinlərinin şərtlərindən birini yerinə yetirirlər. Azərbaycan da oruc müddətinin ən çox davam etdiyi ölkələrdəndir. Təqvimə əsasən, bu müddət 16-17 saata qədərdir. Lakin bundan daha uzun müddət oruc tutan ölkələrin də sayı az deyil. Belə ki, Skandinaviya ölkələrində oruc müddəti 22 saatı da keçir.

"Türkiyə Qətərə dəstək verdiyinə görə təzyiqlə üzləşir"

12 İyun 2017 12:33

Türkiyə Qətərə dəstək verdiyinə və regionun siyasi xəritəsini dəyişməyə hədəflənmiş qüvvələrə qarşı çıxdığına görə təzyiqlə üzləşir. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Mahir Ünal deyib. O qeyd edib ki, region ölkələri böhran yaşayır: "Əgər Türkiyə güclü olmasaydı, İraq və Suriyadakı böhran Türkiyəyə də keçə bilərdi".