Qırğızıstan prezidenti: “Astanadakı kimi 3 milyardı sərgiyə xərcləsəm məni diri-diri yandırardılar...”

Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstanın paytaxtı Astanada təşkil edilən “Gələcəyin enerjisi” sərgisinə xərclənən pullardan heyrətə gəlib. Atambayev sərginin təşkilinə 3 milyard dollar xərcləndiyini bildirib və Qırğızıstanın bu cür böyük pullara malik olmadığını deyib.

Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstanın paytaxtı Astanada təşkil edilən "Gələcəyin enerjisi" sərgisinə xərclənən pullardan heyrətə gəlib. Atambayev sərginin təşkilinə 3 milyard dollar xərcləndiyini bildirib və Qırğızıstanın bu cür böyük pullara malik olmadığını deyib.

"Əgər biz həmin 3 milyard dolları Astanada olduğu kimi sərginin təşkilinə xərcləsəydik o zaman məni diri-diri yandırardılar"-Atambayev Bişkekdə KİV nümayəndələri ilə söhbətində bildirib. Prezident deyib ki, ölkəsinin nefti, qazı yoxdur, ancaq insan potensialı var. "Bizdə yol tikintisinə 1 milyard dollar kredit götürürsən, o saat hər tərəfdən hay-küy qaldırılır. Keçən il İkinci köçəri oyunları keçirdik və buna qrant hesabına 30 milyon dollar xərclədik, nə qədər hay-küy oldu! Biz daim maliyyə baxımından məhdud imkanlara malik ölkə olmalı deyilik. Çalışmalıyıq ki, ölkəmiz zəngin olsun. Neftin, qazın yoxluğunu insan potensialı ilə kompensasiya etməliyik"-Atambayev deyib. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31