Dünya

Yunanıstanda güclü zəlzələ

13 İyun 2017 10:08

 Yunanıstanın Lesbos adasında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Bir qadın Vris qəsəbəsində evinin dağıntıları altından tapılıb. Təkanlar Lesbos adasında dağıntıya səbəb olub. Hazırda adada bütün məktəblər bağlanıb. Təhsil Nazirliyi Lesbos və Xiosda çərşənbə axşamı keçirilməli olan buraxılış imtahanlarını təxirə salıb.

Etirazçılar Ali Məhkəmənin binasını yandırdılar

13 İyun 2017 10:05

Venesuelanın paytaxtı Karakasda növbəti etiraz aksiyası zamanı Ali Məhkəmənin binası yandırılıb. Etirazçılar binaya yandırıcı maye ilə dolu şüşə qabları və fişəng atıblar. Eyni zamanda hücuma binanın birinci mərtəbəsində yerləşən bank da məruz qalıb. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar, zərərçəkənlər barədə məlumat verilmir. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.

Bu ada ABŞ-ın 51-ci ştatı olacaqmı?

12 İyun 2017 20:00

Bazar günü keçirilən referendumda Puerto-Rikonun siyasi statusunun müəyyənləşdirilməsi səsə qoyulub. Yerli sakinləri əksəriyyəti Puerto-Rikonun ABŞ-ın 51-ci ştatı olmasını istəyib.

Mütəxəssislər: “Yeni “MacBook” və “MacBook Pro” noutbukları təmir olunmur”

12 İyun 2017 19:50

İyunun 5-9-da ABŞ-da keçirilən “WWDC 2017” konfransı yenilənmiş “MacBook” və “MacBook Pro” noutbuklarının təqdimatı ilə yadda qalıb. “iFixit” resursunun nümayəndələri yeni qurğuları daha ətraflı öyrənmək qərarına gəliblər. Bu məqsədlə 13 düymlü “OLED” ekranlı “MacBook Pro” və 12 düymlü adi “MacBook” noutbuklarının müqayisəsi aparılıb.

İstənilən formanı ala bilən robot təqdim edilib

12 İyun 2017 19:45

Robotun modulyar konsepsiyası istənilən formalı funksional obyektlər yaratmağa imkan verəcək. Oriqami sənəti alimləri mədəmizə daxil olan və ya peykləri temperatur dəyişikliyindən qoruyan "ağıllı" maşın və texnologiyalar yaratmağa həvəsləndirib. İndi isə istehsalçılar tərəfindən təqdim edilmiş kiçik üçbucaqlı robotlar istənilən formalı və ölçülü konstruksiya halında birləşə bilirlər.

“Ağıllı” yol avtomobillərlə məlumat mübadiləsi edəcək

12 İyun 2017 19:40

Ohayo Universitetinin alimləri ABŞ-da “v2i” (vehicle-to-infrastructure) məlumat mübadiləsi texnologiyasını dəstəkləyən ilk “ağıllı” yol inşa edərək tezliklə onun sınaqlarına başlamağı planlaşdırırlar.

İnternetdən fasiləsiz istifadə, insanın dərindən düşünmək qabiliyyətini itirir

12 İyun 2017 19:16

Londonda çıxan “Qardian” qəzeti psixoloqların ən yeni nəticələrinə istinadla yazır ki, internetdən intensiv və uzun müddət istifadə etmək baş beyində dəyişikliklər əmələ gətirir. Nəticədə insan sistemli və dərindən düşünmək qabiliyyətini itirir.

6 il sonra barışan cütlük Amerikaya getdi

12 İyun 2017 19:05

Altı il sonra yenidən barışan aktyor Haluk Bilginerlə müğənni Aşkın Nur Yengi Mayamiyə yola düşüb. Hava limanında görüntülənən cütlüyün yanında qızları Nazlı da olub. Bayramadək dincələcəkləri bildirilən cütlük şəxsi həyatları ilə bağlı sualları cavabsız qoyub.

77 nəfərin qatili adını dəyişdi

12 İyun 2017 18:48

2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvik adını dəyişdirib. Onun yeni adı Fyotolf Hansendir. A. Breyvikin vəkili ad dəyişmənin səbəbinin açıqlanmayacağını bildirib.

“Mümkün münaqişə halında...” - Moskva bir günlük MÜHARİBƏ SSENARİSİNİ XATIRLATDI

12 İyun 2017 18:33

Rusiya öz sərhədlərinə yaxın NATO hərbi kontingentinin gücləndirilməsini sakit qarşılamayacaq və lazımı ölçü götürəcək.

Karlovu kim oldürüb? - Yeni İDDİA

12 İyun 2017 18:03

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov Fəthulla Gülən hərəkatının tərəfdarlarının əmri ilə öldürülüb. Bu barədə Ankara Prokurorluğunun iddianaməsində deyilir. Prokurorluğun iddiasına əsasən, qətli törədən Mövlud Mərt Altıntaşın təşkilatın 5 üzvü ilə əlaqəsi olub. Bundan başqa, qatilin Kiprdə otellərin birində fəthullaçılarla görüşdüyü və təlimatları aldığı iddia edilib.

Rusiya tankları erməniləri necə tapdalayır: “Sahələrimizi əzib keçirlər...”

12 İyun 2017 17:32

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ağır texnikası poliqona torpaq sahələrindən keçərək gedir və bu zaman taxıl əkinlərini məhv edir. Ermənistanın Şirak vilayətinin Marmaşen kəndinin sakinləri onlara dəyən ziyana görə təzminat tələb edirlər. Ancaq kimə müraciət edəcəklərini bilmirlər.

Tehrandakı terrordan yeni görüntü görənləri təəccübləndirdi: bir nəfər terrorçularla...

12 İyun 2017 17:28

İranın paytaxtı Tehranda keçən həftə baş verən terror hücumuna aid yeni görüntülər ortaya çıxıb. Xomeyninin türbəsindəki görüntülərdə terrorçuların bir şəxsi öldürmədən yanından keçdikləri görünür.

Türkiyədə güclü zəlzələ olub

12 İyun 2017 17:15

Bu gün Türkiyə ərazisində güclüzəlzələ baş verib. Zəlzələnin ocağı Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində olub. Kandil Rəsədxanası zəlzələnin gücünün 6,3 bal olduğunu açıqlayıb.