İnternetdən fasiləsiz istifadə, insanın dərindən düşünmək qabiliyyətini itirir

Londonda çıxan “Qardian” qəzeti psixoloqların ən yeni nəticələrinə istinadla yazır ki, internetdən intensiv və uzun müddət istifadə etmək baş beyində dəyişikliklər əmələ gətirir. Nəticədə insan sistemli və dərindən düşünmək qabiliyyətini itirir.

Londonda çıxan "Qardian" qəzeti psixoloqların ən yeni nəticələrinə istinadla yazır ki, internetdən intensiv və uzun müddət istifadə etmək baş beyində dəyişikliklər əmələ gətirir. Nəticədə insan sistemli və dərindən düşünmək qabiliyyətini itirir.

Amerikanın kibernetika-informasiya sahəsində aparıcı mütəxəssislərindən biri Nikolas Karr hesab edir ki, saytları sürətlə və müntəzəm gözdən keçirmək vərdişi intellektual fəaliyyəti səthi edir.

Neyrocərrahların tədqiqatları göstərmişdir ki, internetdə işləyən zaman baş beynin yalnız qısanmüddətli yaddaşa və qərarların çevik qəbuluna cavabdeh olan şöbələri sürətlə inkişaf edir.

Beyində insanın həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən fundamental problemlərin ətraflı təhlilinin getdiyi daha dərin zonalar lazımi impulslardan məhrum olduğu üçün onların fəaliyyət intensizliyi azalır. Nəticədə insanlar daha səbirsiz olur, düşünmək və səbir tələb edən intekllektual fəaliyyət qabiliyyətini itirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31