Tehrandakı terrordan yeni görüntü görənləri təəccübləndirdi: bir nəfər terrorçularla...
İranın paytaxtı Tehranda keçən həftə baş verən terror hücumuna aid yeni görüntülər ortaya çıxıb. Xomeyninin türbəsindəki görüntülərdə terrorçuların bir şəxsi öldürmədən yanından keçdikləri görünür.
12 İyun 2017 17:28 Dünyaİranın paytaxtı Tehranda keçən həftə baş verən terror hücumuna aid yeni görüntülər ortaya çıxıb. Xomeyninin türbəsindəki görüntülərdə terrorçuların bir şəxsi öldürmədən yanından keçdikləri görünür. İran televiziyası Press TV tərəfindən yayımlanan yeni görüntülərdə bir şəxsin terrorçuların əlindən maraqlı bir şəkildə xilas olduğu diqqət çəkir. Baş verənlərdən xəbərsiz şəkildə yol gedən bir iranlıya silahı tuşlayan İŞİD-çilər bir müddət ona nə isə desələr də, atəş açmırlar. Daha sonra terrorçular yola doğru irəliləyərkən iranlı şəxs sakit şəkildə türbəyə daxil olub. Milli.az Haberler-ə istinadən xəbər verir.