Dünya

İran 17 nəfərin qətlinin sifarişçisini tapdı: “Əlimizdə dəqiq məlumat var”

13 İyun 2017 14:46

“Səudiyyə Ərəbistanı terrorçulardan İrana hücum etmələrini istəyib”. Bu haqda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Məhəmməd Əli Cəfəri deyib. “Terrorçular ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Əlimizdə Səudiyyə Ərəbistanının terrorçulara əhəmiyyətli dəstək verdiyi və onlardan İrana hücumu etmələrini istədiyini göstərən dəqiq məlumatlar var”, - o bildirib.

İraqda kütləvi zəhərlənmə

13 İyun 2017 14:18

İraqın Mosul şəhəri yaxınlığında yerindən didərgin edilmiş insanlar üçün qurulan düşərgədə yüzlərlə insan qida zəhərlənib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, düşərgə sakinlərinin iftar sonrası ürəkbulanma halları baş verib və sudanəziyyət çəkdikləri vurğulanıb.

Tramp və Ərdoğan Qətər böhranını müzakirə edəcək

13 İyun 2017 14:13

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın Qətər böhranını müzakirə edəcəyi gözlənilir. M.Çavuşoğlu telefon danışığının dəqiq tarixinin müəyyənləşdirilmədiyini bildirib.

Ərdoğan: “Türkiyə və Qətər olmasaydı, Suriyada müxalifət rejimə qarşı mübarizə apara bilməzdi”

13 İyun 2017 14:09

“Qətəri, bir ölkənin xalqını blokadada saxlamaq insani və islami bir addım deyil”. Bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında prezident və partiyanın lideriRəcəb Tayyib Ərdoğan deyib. R. T. Ərdoğan bildirib ki, Türkiyə terror məsələsinə həssas yanaşır: “Ancaq müstəqil bir ölkənin terrora dəstək verməkdə ittiham edilməsi yolverilməzdir.

“Əl-Qaidə” və Bin Ladeni amerikalıların özləri böyütdü” - Putindən İTTİHAM

13 İyun 2017 14:03

“Əl-Qaidə” terror təşkilatı və Üsamə Bin Ladeni Birləşmiş Ştatların özü böyütdü”. Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib. Rusiya prezidentinin sözlərinə görə, hər şey SSRİ-nin Əfqanıstanda apardığı müharibə vaxtlarından başlandı. “Amerika xüsusi xidmət orqanları Əfqanıstanda sovet qoşunları ilə mübarizədə islam fundamentalizminin müxtəlif istiqamətlərini dəstəkləyirdilər. “Əl-Qaidə”ni və Bin Ladeni amerikalıların özləri böyütdülər”, - o bildirin. Putin həmçinin qeyd etdi ki, artıq hər şey ABŞ-ın nəzarəti altından çıxıb. “Bu, həmişə belə olur. Bizim ABŞ-dakı partnyorlarımız bu haqda bilməyə məcburdur. Bu, onların günahlarıdır”, - Rusiya prezidenti yekunlaşdırıb.

“Bu, hücumların ssenarisidir” - Rusiya bu silahla ABŞ qaranlığa QƏRQ EDƏCƏK

13 İyun 2017 14:01

Rusiyadan olan hakerlər kibersilahın yeni növünü hazırlayıblar. Bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzeti “Dragos” kibertəhlükəsizliyi üzrə mərkəzin tədqiqatına istinadən bildirib. Bildirilir ki, kibersilah elektrik şəbəkələrinin işini pozmağa imkan verir. İddia edilir ki, “Dragos” tədqiqatçıları tərəfindən “CrashOverride” adı verilən kibersilahdan yalnız bir dəfə - ötən ilin dekabrında Ukraynanın energetika sisteminin işini pozmaq üçün istifadə edilib. “Bu, oyunu dəyişdirəcək”, - tədqiqat mərkəzinin direktoru Sercio Kaltadjirone bildirib. “Dragos”un mütəxəssisləri kibersilahın yeni növündən ABŞ-a qarşı da istifadə olunacağını istisna etmirlər. Nəşrin məlumatına görə, Rusiya hakerləri artıq Amerika energetika sistemlərinə maraq göstərdiyini nümayiş etdiriblər. Amma nəşr bunun hansı şəkildə baş verdiyini dəqiqləşdirməyib.

Ərdoğan Qətərə görə Trampla görüşəcək

13 İyun 2017 13:15

Türkiyə Xarici işlər naziri Mövlut Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın Trampla görüşəcəyi haqda məlumat verib.  XİN başçısı görüşlə bağlı bunları deyib: "Ərdoğan önümüzdəki günlərdə ABŞ prezidenti Tramp ilə Qətəri müzakirə etmək üçün görüşəcək". 

Bəşər Əsədin qohumu Almaniyadan sığınacaq istədi

13 İyun 2017 12:48

Suriya prezidenti Bəşər Əsədin əmisi oğlunun dul qadını Almaniyada qaçqın statusunun alınması üçün müraciət edib.  Suriya ilə yanaşı, Livan pasportuna da malik olan qadının müraciəti rədd edilib. O, yerli hakimiyyətin bu qərarına etiraz olaraq apellyasiya şikayəti verib. Qadın hazırda Şimali Reyn-Vestfaliya ərazisində Varendorf rayonunda müvəqqəti sığınacaqda yaşayır.

35 nəfər güclü yağışın qurbanı oldu - Banqladeşdə

13 İyun 2017 12:43

Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində 35 nəfər həlak olub. Yağıntılar ötən gün səhər saatlarından etibarən başlayıb. Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb. Polisin məlumatına əsasən, xilasetmə işləri zaman 4 hərbçi həyatını itirib. Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd bildirib ki, təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmazdır. Onun sözlərinə görə, hazırda xilasedicilər ucqar rayonlarda sel-sularında qalmış insanları xilas etməyə çalışırlar.

İki qızı ölən qadın qonşunun uşağını öldürüb sandıqda gizlətdi - VİDEO

13 İyun 2017 12:30

Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində, evlərinin önündəki parkdan üç gün öncə yoxa çıxan 10 yaşlı Ceylin Atikinin qonşularının evində ölü tapıldığı haqda məlumat vermişdik.

Putin ölən qardaşından, kürəkənlərindən danışdı - Sükan arxasında

13 İyun 2017 12:21

Rejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putin haqda "Putinlə müsahibə" adlı sənədli film çəkib. Filmin ilk bölümü artıq Showtime kanalında yayımlanıb.  Müsahibənin bir hissəsi Putin sükan arxasında ikən alınıb. Dövlət başçısı müsahibəsində ABŞ-ı Çeçenistanda militanları dəstəkləməkdə ittiham edib və bununla bağlı sübutları olduğunu söyləyib. 

Nazirə qarşı sui – qəsd hazırlandı

13 İyun 2017 12:17

Türkiyənin Daxili İşlər naziri Süleyman Soyluya qarşı sui – qəsd hazırlığı təşkil olunub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İstanbul Təhlükəsizlik Müdirliyi və Terrorla Mübarizə idarəsinin ötən gün Acıbadəm Betül küçəsində yerləşən mənzillərin birində xüsusi əməliyyat həyata keçiriblər. Heç bir terror qruplaşmasının üzvü olmayan şəxslə polis arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı şübhəli vurularaq, zərərsiz hala gətirilib.

Metro stansiyada terror həyacanı- VİDEO

13 İyun 2017 12:16

Almaniyanın Münhen şəhərindəki Unterföhring metro stansiyasına silahlı hücum olduğu bildirilir. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, stansiya polis tərəfindən boşaltıldılıb.  Almaniyanın  “Bild” qəzeti, hücumda bir qadın polisin yaralandığını bildirir. “Tageszeitung” qəzeti, qadın polisin başından yaralandığını ifadə etdi.

Putin: “Ola bilsin ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək istəyir”

13 İyun 2017 11:25

“Ola bilsin ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək, ölkə rəhbərliyini dəyişdirmək və nəticədə ölkənin nüvə arsenalını ələ keçirmək istəyir”. Bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib. “Belə bir niyyətin və siyasətin mövcudluğu mümkündür. Əgər doğrudan da belədirsə, Rusiyaya qarşı bu cür yanaşma gələcəyə köklənməyib. Bu fikirdə olanlar azı 25-50 il irəliyə nəzər yetirmirlər. Əks halda Rusiya ilə münasibətləri başqa cür qurar, Rusiyanı özlərinin vassalına çevirməyə can atmazdılar”, deyə V.Putin bildirib.

Universitetdə partlayış

13 İyun 2017 10:11

 Cənubi Koreyanın paytaxtında “Yonsey” universitetində partlayış baş verib. Hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir. İlkin məlumata görə, professor bağlamanı açarkən partlayış baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan universitet əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir.