Dünya

Almanlar açıqladı: Pintilik psixi xəstəlikdir

13 İyun 2017 19:12

Almaniya mütəxəssisləri əmindirlər ki, pintilik psixi xəstəlikdir. Bunun üçün onlar “sindrom messi” kimi xüsusi termin də düşünüb tapmışlar. “Messy” ingilis sözü olub, “nizamsız”, “çirkli” deməkdir. Ekspertlərin hesablamalarına görə, Almaniyada azı 2 milyom adam bu xəstəlikdən əziyyət çəkir.

İrlandiyanın baş naziri istefa verdi

13 İyun 2017 18:26

İrlandiyanın baş naziri Enda Kenni istefa verməsi barədə bəyan edib. Belə bir bəyanatla o, İrlandiya Parlamentində rəsmi çıxış edib. Belə bir qərar qəbul etməsi barədə E.Kenni hələ mayın 17-də bildirmişdi.

Yadplanetlilərin şifrəsi sosial şəbəkələrlə açılacaq - İNANILMAZ TƏKLİF

13 İyun 2017 17:55

Maks İnstitutundan mütəxəssisi Rene Xeller yerdən kənar sivilizasiyaların şifrəsini açmağa kömək edəcək üsul kəşf edib. Günəş sistemini tədqiq edən fizik yadplanetlilərin göndərdiyi şifrəli müraciətləri sosial şəbəkələrin vasitəsilə açmağı təklif edib.

Moskvada bank yaxınlığında ATIŞMA

13 İyun 2017 17:52

Moskvanın mərkəzində atışma baş verib. Günorta saatlarında iki naməlum şəxs odlu silahdan bir neçə dəfə atəş açıb. Daha sonra onların avtomobillə hadisə yerindən uzaqlaşdığı bildirilir. Atışma nəticəsində xəsarət alanların olmadığı deyilir. Hadisə "UniCreditBank" şöbəsi yaxınlığında qeydə alınıb.

Türkiyəni qorxuya salan şəxs: bir gün öncədən "6.3 gəlir. Havanı qoxlayıram" yazmışdı

13 İyun 2017 17:04

Ötən gün günorta saatlarında Egey dənizində 6.3 bal gücündə zəlzələ baş verdiyi və təkanların İstanbul, Tekirdağ, Çanaqqala və İzmirdə hiss edildiyi haqda məlumat vermişdik.

İlanlar Türkiyənin yaşayış məntəqələrinə hücum etdi: güclü zəlzələ olacaq?

13 İyun 2017 16:50

Son dövrlərdə yaşayış yerlərinə axın edən ilanların Egey dənizində Rixter cədvəli ilə 6.3 bal gücündə baş verən zəlzələnin xəbərçisi olduqları haqda söz-söhbətlər böyük əks-səda yaradıb. Egey dənizində meydana gələn güclü zəlzələ Türkiyənin qərbində böyük qorxu və çaxnaşmaya səbəb olub. 

Rusiyalı jurnalist Anna Politkovskayanın qətlinin təşkilatçısı həbsxanada ölüb

13 İyun 2017 16:49

Rusiyalı jurnalist Anna Politkovskayanı qətlinin təşkilində günahlandırılan Lom-Əli Qaytukayev həbsxanada ölüb. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. Məlumata əsasəN, Qaytukayev məhkumların müalicə müəssisəsində ölüb. Lakin qohumları onun həbsxanada fiziki təzyiqə məruz qaldığını iddia ediblər. Qardaşı oğlu Temirlan Qaytukayev əmisinin həbsxanada dəfələrlə döyüldüyünü deyib: “Əmim deyirdi ki, onun böyrəklərinə və ciyərlərinə xəsarət yetiriblər”. Vəkili Yelena Xarionovskaya bildirib ki, həkimlər ona qara ciyərin sirrozu diaqnozu qoyulub. Bu, onun azadlığa buraxılması üçün əsas sayıla bilərdi.

Xameneyidən İTTİHAM: "İŞİD-i Amerika yaradıb"

13 İyun 2017 16:19

İranın Ali lideri Əli Xameneyi ABŞ-ı Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə və İŞİD terror təşkilatını yaratmaqda ittiham edib.

Rusiyanın Ermənistana satdığı silahlar açıqlandı

13 İyun 2017 16:17

BMT Rusiyanın 2016-cı ildə silah satdığı ölkələrin adını açıqlayıb. Beynəlxalq təşkilatın açıqladığı siyahıda müxtəlif ölkələrin, eləcə də Ermənistanın adı yer alıb. BMT-nin adi silahlar haqqında qeydiyyatına əsasən, Rusiya bu ölkələrə "Smerç", "TOC-1A" ağır reaktiv artilleriya sistemləri, "Konkurs -M" tankəleyhinə raketlərlə yanaşı 300 ədəd zenit-raket kompleksi satıb.

Ankarada sürücülər arasında silahlı qarşıdurma: Yaralılar var

13 İyun 2017 16:06

Ankara Ümumi Sürücülər binasının otağında baş verən silahlı qarşıdurmada ofis rəhbəri Zəfər Şənərin də aralarında olduğu 5 adam yaralanıb. Məlumata görə, ayrı-ayrı xətt üzrə çalışan sürücülər xidməti binada bir araya gəliblər.

Ermənistanda siyasi böhran: yeni baş nazir kim olacaq?

13 İyun 2017 15:36

Erməni mətbuatı ölkədə müşahidə edilən hakimiyyət böhranı ilə bağlı düşündürücü informasiyalar yayır. Göstərilir ki, 2018-ci ildə indiki prezident Serj Sarkisyan baş nazir ola bilər. Buna görə də Karen Karapetyanı vəzifəsindən uzaqlaşdıracaqlar.

Yəmən Səudiyyə Ərəbistanının üçüncü döyüş təyyarəsini vurdu- VİDEO

13 İyun 2017 15:33

Yəmən "S-125 Peçora" kompleksi ilə Səudiyyə Ərəbistanına məxsus F-15 döyüş təyyarəsinə zərbə endirib. Yəmən ordusundakı mənbə Midi ərazisində yeləşən sərhəddə təyyarənin vurulduğunu təsdiq edib. 

Lukaşenkodan KTMT-yə XƏBƏRDARLIQ: “Hərbi-siyasi vəziyyət kəskinləşir”

13 İyun 2017 15:21

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında hərbi-siyasi vəziyyət kəskinləşir. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirlərilə görüşündə deyib. “Biz bu il kollektiv təhlükəsizlik haqqında müqavilənin imzalanmasının iyirmi beş illiyini qeyd edirik. Bütün bu illər ərzində KTMT-nin məsuliyyətinin zonasında hərbi-siyasi vəziyyəti sakit adlandırmaq olmaz. İndiki mərhələdə vəziyyət daha da kəskinləşir”, - Lukaşenko bildirib.

Moskvada 3 yaşlı azərbaycanlı uşaq beşinci mərtəbədən düşüb

13 İyun 2017 15:00

Moskva şəhərində azərbaycanlı ailənin 3 yaşlı oğlu pəncərədən yıxılıb. Hadisə ötən gün baş verib. Beşinci mərtəbədən pəncərədən yıxılan uşaq ciddi bədən xəsarətləri alıb. Hadisə zamanı uşağın anası evdə olub.

Zəlzələ Yunanıstana məxsus adada yüzlərlə sakini ev-eşiksiz qoydu

13 İyun 2017 14:50

Yunanıstanın Lesbos adasında baş verən güclü zəlzələ nəticəsində bir qadın həlak olub, 15 nəfər yaralanıb, Vris qəsəbəsində evlərin əksəriyyəti dağılıb, yüzlərlə insan ev-eşiksiz qalıb.