Aktrisa silikonları partladığına görə serialı tərk etdi

Türkiyənin "Dayan Ürəyim" serialının baş qəhrəmanı Ece Uslu haqqında çıxan söhbətlər bir neçə gündür gündəmi zəbt edib. Belə ki, aktrisanın döşündəki slikonlar partladığına görə serialı tərk etdiyi bildirilir.

Serialın hər bölümünə 90 min lirə aldığı deyilən Ece Nişantaşında jurnalistlərə yaxalanıb. İsrarla suala cavab istənildiyini görən aktrisa deyilənlərin yalan olduğunu bildirib: "Bu xəbəri pulumuzu verməyən sifarişçi şirkət yayıb. Aktyorların pulunu verməkdən boyun qaçırıb, özlərini də təmizə çıxarmaq üçün belə xəbər yayıblar."

Ece Uslu həmin şirkətin "Paramparça" kimi bir serialın da oyunçularına pul vermədiyini iddia edir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31