Türkiyənin Adıyaman bölgəsində yerli deputatların da qatıldığı iftar süfrəsi zamanı bir-birinə düşmən olan iki ailənin üzvləri arasında insident yaşanıb. Polislərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır.
Hadisəylə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31