İranda bir kənd tamamilə dağıdıldı

İranın cənub-qərbindəki Xuzistan əyalətində qəbilələrarası toqquşma nəticəsində azı 22 nəfər həlak olub.

İki qəbilə arasında məişət mübahisəsi silahlı münaqişəyə çevrilib.

Hadisə nəticəsində onlarla sakin yaralanıb.

Xuzistan əyalətinin deputatı Hidayətulla Xadəminin sözlərinə görə, münaqişənin baş verdiyi kənd tamamilə dağıdılıb. Sakinlər yaşayış yerlərindən didərgin düşüblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31