Tehranda terror aktları ilə bağlı 8 nəfər saxlanıldı
İranda hüquq-mühafizə orqanları tərəfindən Tehranda baş vermiş terror aktları ilə əlaqədar 8 nəfər saxlanılıb. Şübhəlilər Elburs əyalətində saxlanılıb. İran Ədliyyə Nazirliyinin məlumatına görə, saxlanılanlar terrorçulara dəstək verməkdə şübhəli bilinirlər. Bu günədək saxlanılanların sayı 41 nəfərə çatıb.
10 İyun 2017 12:40 Dünyaİranda hüquq-mühafizə orqanları tərəfindən Tehranda baş vermiş terror aktları ilə əlaqədar 8 nəfər saxlanılıb.
Şübhəlilər Elburs əyalətində saxlanılıb.
İran Ədliyyə Nazirliyinin məlumatına görə, saxlanılanlar terrorçulara dəstək verməkdə şübhəli bilinirlər.
Bu günədək saxlanılanların sayı 41 nəfərə çatıb.
Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub.
Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb.
Trend.az