Dünya

Morqa gələn meyit sahibləri dəhşətli mənzərə ilə qarşılaşdılar

4 İyul 2017 18:10

Türkiyədə, İzmirin Torbalı mahalında infarktdan ölən 55 yaşlı Nəsih Sayırın cəsədi, qoyulduğu Torbalı Dövlət Xəstəxanası Morqunda tabuta belə sığmayacaq qədər şişib. Mərhum cənazə namazının ardından dəfn edilərkən, yaxınları səlahiyyətlilərlə bağlı prokurorluğa şikayət ediblər.

Avstriya İtaliya ilə sərhədə qoşun yığır - SƏBƏB

4 İyul 2017 17:01

Avropada davam edən qaçqın böhranı ilə əlaqədar ölkələr arasında gərginlik artır. Avstriya hökuməti İtaliyadan keçib gələn miqrantların qarşısını almaq üçün sərhəd bölgəsinə qoşun cəlb edir. Artıq Brenner sərhəd-keçid məntəqəsinə 4 zirehli maşın cəlb edilib. 

PKK-nın hücumu: türk hərbçilər yaralandı

4 İyul 2017 16:40

Türkiyənin Hakkari vilayətinin Çuxurca rayonunda PKK terrorçuları türk hərbçilərə qumbaraatandan atəş açıblar. Hücum zamanı 3 hərbçi yaralanıb. Yaralıların həyati təhlükəsi olmadığı bildirilir.

Rusiyaya qar yağdı

4 İyul 2017 16:03

İyul ayında Rusiyaya qar yağıb. Norilsk şəhər meriyasının mətbuat xidmətindən bildirilib ki, qar bu gün səhər yağıb. Lakin çox keçmədən qar əriyib.

Ermənistanda məmur uşaqları əsgərliyə getmir

4 İyul 2017 15:58

"Hər kəs anlamalıdır ki, bu, bizim dövlətimizdir, bizim ordumuzdur və kimin oğlu olmasından asılı olmayaraq hər kəs orduda xidmət etməlidir". Bunu "Yelk" fraksiyasından seçilən deputat Sasun Mikayelyan bildirib.  Erməni deputat məmur övladlarının orduda ya xəstəlik, ya da təhsil bəhanəsilə xidmət etmədiyini deyib. 

Qvatemalada məhbuslar qiyam etdi - Valideynlər çağırıldı

4 İyul 2017 15:51

Qvatemalada yetkinlik yaşına çatmayan məhbusların həbsxanasında qiyam baş verib. Qiyam iştirakçıları həbsxanada saxlanma şərtlərinin yaxşılaşdırılmasını tələb ediblər.

Hər kəsin gözü önündə qadını zorla maşına mindirməyə çalışdılar - VİDEO

4 İyul 2017 15:33

Türkiyənin Qaziantep rayonunda axşam saatlarında avtomobil yolunda qəribə hadisə baş verib. Gənc qadını 3 nəfər yolun ortasında zorla avtomobilə mindirməyə çalışıblar.

Aktyorun tətili burnundan gəldi: "Elə bil, oğruyuq"

4 İyul 2017 15:26

Aktyor Erkan Petekkayanın Sinqapur tətili burnundan gəlib.  Xanımı Didem və oğlu Canla əvvəlcə Taylanda, daha sonra isə Sinqapura yollanan aktyor damında olan hovuzuyla ziyarətçiləri cəlb edən məşhur “Marina Bay Sands Otel”də qalıb. 

Putin-Tramp görüşünün vaxtı məlum olub

4 İyul 2017 15:21

Rusiya və ABŞ prezidentləri arasında ilk görüşün vaxtı məlum olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və Donald Tramp arasında ilk görüşün iyulun 7-də Almaniyanın Hamburq şəhərində "G 20" sammiti çərçivəsində keçiriləcəyini söyləyib. 

Sarkisyan “aprel müharibəsi” ilə bağlı ŞOK DETALIN ÜSTÜNÜ AÇDI

4 İyul 2017 15:12

“Aprel müharibəsi” Bako Saakyanın hakimiyyətinin uzadılmasına şərait yaratdı. Bu etirafla erməni politoloq Manvel Sarkisyan çıxış edib. Onun sözlərinə görə, Dağlıq Qarabağda (qondarma “DQR”) keçirilən “konstitusiya islahatları” Saakyanın hakimiyyətinin müddətsiz edilməsinə hesablanıb: “Əvvəlki qanunla iki dəfədən artıq müddətə seçilməyə icazə vermirdi. İndiki qanunlar isə bu qadağanı aradan qaldırdı.

Qlobal hücumun arxasından Rusiya çıxdı - Kəşfiyyat TƏSDİQLƏDİ

4 İyul 2017 14:47

İyunun 27-də Ukrayna müəssisələrinin kompüterlərini sıradan çıxaran “Petya.A” virusunun Rusiyada yaradıldığı ehtimal edilir.

Rakka İŞİD-dən azad edilir - SON MƏLUMAT

4 İyul 2017 14:44

ABŞ-ın dəstək verdiyi Suriya Demokratik Qüvvələri Rakkanın mərkəzinə doğru irəliləyir. Bu haqda Amerika Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) bu səhər açıqlama verib. 

Nazir: "Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlaya bilər, əgər..."

4 İyul 2017 14:35

Zərurət yaranarsa, Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlaya bilər. Bunu "TRT haber" telekanalına müsahibəsində Türkiyənin müdafiə naziri Fikri İşık deyib. Onun sözlərinə görə, Türkiyə xaricdən, xüsusilə Suriyadan gələn istənilən təhdidi neytrallaşdırmaq hüququna sahibdir. Nazir qeyd edib ki, heç bir ölkə Türkiyəyə şərtləri diqtə edə bilməz.

Erməni ailəsinin nəsli kəsildi - 6 nəfər birdən öldü - VİDEO

4 İyul 2017 14:32

Rusiyada bir erməni ailəsi faciəvi şəkildə ölüb. Hadisə dünən Rusiyanın Çelyabinsk vilayətində olub. Övladlarının məktəbi bitirməsini qeyd edən ermənilər bədbəxt hadisə ilə üzləşiblər. 

"Daha ABŞ-ı məhv etmək çətin olmayacaq" - Müstəqillik Günündə HƏDİYYƏ

4 İyul 2017 14:28

“Koreya Xalq Demokratik Respublikası tərəfindən birinci qitələrarası ballistik raketin işə salınması deməyə əsas verir ki, Pxenyan ABŞ-a nüvə döyüş sursatları ilə zərbə üçün texnologiyalara malikdir”.