Dünya

Sərnişinlər təxliyyə olundu

4 İyul 2017 14:12

TK-1705 sayılı İstanbul - Ştutqart səfərini yerinə yetirən və İstanbul Atatürk hava limanından uçan Türk Hava Yollarına məxsus A321 tipli təyyarəsinə quş sürüsü çırpılıb. TC-JRA sayılı təyyarənin pilotu hadisəni dispeçer qülləsinə bildib. Təyyarə təcili olaraq hava limanına geri dönüş edib. Sərnişinlər təyyardən təxliyyə edililərək başqa bir təyyarə ilə Almaniyaya uçuş ediblər. Quş sürüsü çırpılan təyyarə isə texniki baxışa götürülüb. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Star TV-nin məşhur serialı məhkəməlik oldu

4 İyul 2017 13:53

7 illik fasilədən sonra Star TV-də yenidən yayımlanmağa başlayan "Türk malı" serialı tənqidlərin hədəfinə düşüb. Reytinqlərdə gözlənilən nəticəni əldə edə bilməyən layihə bu dəfə məhkəməyə verilib.

Bu üç lideri öldürənə avtomobil hədiyyə: Almaniyada ŞOK ELAN - FOTO

4 İyul 2017 12:59

Almaniya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı növbəti dəfə çirkin davranışı ilə gündəmə gəlib. Almaniya hökuməti binasının qarşısında asılan plakat bu ölkənin Türkiyə və onun prezidentinə olan münasibətini bir daha nümayiş etdirib.

Sarkisyanın “NATO fəndi”: 8 milyard oyunu

4 İyul 2017 12:31

Ermənistan hakimiyyətinin Rusiyaya qarşı apardığı şantaj siyasətinin əhatə dairəsini böyütməkdədir. Son həftələr ərzində rəsmi İrəvan durmadan Moskvanın bostanına daş atır, sanki Kremlə “meydan oxumağa” çalışır. İrəvan mətbuatında indi də Ermənistanın NATO-ya üzv qarşılığında ABŞ, Fransa və Almaniyanın düşmən ölkənin enerji sahəsinə 8 milyard dollar sərmayə yatıra biləcəyi ilə bağlı xəbərlər yer alır. Hansı ki, Ermənistanın enerji sektoru birbaşa Rusiyanın nəzarətindədir və Moskva işğalçı rejimin bütün enerji sektorunu özəlləşdirib.

Ukrayna Donbasda həlak olan hərbçilərinin sayını açıqlayıb

4 İyul 2017 12:26

Donbasda hərbi münaqişədə indiyədək 2700-dən çox ukraynalı hərbçi həlak olub.  Bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini İvan Rusnak bildirib. O, münaqişə zamanı daha 10 min hərbçinin yaralandığını açıqlayıb. 

Almaniyada G20 sammitinə hücum planlaşdıran şəxs saxlanılıb

4 İyul 2017 12:23

Almaniyada G20 sammitinə hücum planlaşdırmaqda şübhəli bilinən 30 yaşlı Rostok şəhər sakini saxlanılıb. Bu barədə “The Local” agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Tikiş fabrikində partlayış

4 İyul 2017 12:21

Banqladeşin paytaxtı Dəkkə şəhərində yerləşən tikiş fabrikində partlayış baş verib. Fabrikdəki qazanın partlaması ilə 10 nəfər həlak olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildiri ki, hadisə zamanı onlarla insan yaralanıb.

Çində fəlakət: 8 ölü, 9 itkin var

4 İyul 2017 12:12

Kəskin yağışlar Çində fəlakətə səbəb olub. Çinin Quanqşi Cuang bölgəsində kəskin yağışlar və sel basqınları nəticəsində 8 nəfər ölüb, 34 nəfər yaralanıb, 9 nəfər itkin düşüb. 38 000 zərərçəkən bölgədən təxliyə edilib.

Suriya Demokratik Qüvvələri İŞİD-in qədim Rakkadakı müdafiə mövqelərini yarıb

4 İyul 2017 12:09

Suriyada kürd və ərəb döyüşçülərdən ibarət "SuriyaDemokratik Qüvvələri" İŞİD terror təşkilatının Rakka şəhərinin tarixi hissəsindəki müdafiə mövqelərini yarıb. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın havadan fəal dəstəyi sayəsində terrorçuların mövqelərini yarmaq mümkün olub. Koalisiya təyyarələri qədim Rafik divarlarına 2 aviazərbə endirib. Bu isə SDQ-nin İŞİD mövqelərinə hücumuna əlverişli imkan yaradıb.

Ermənistanda ZƏLZƏLƏ - 5 bal gücündə

4 İyul 2017 12:06

Ermənistanın Gümrü şəhəri yaxınlığında Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar nəticəsində hər hansı dağıntı və təlafat olub-olmamsı barədə hələ məlumat verilməyib.

İranın rəsmi qurumları fəaliyyətini dayandırdı

4 İyul 2017 12:03

İranın Tacikistandakı səfirliyi ölkənin ikinci böyük şəhəri olan Hodcəntdəki bütün rəsmi qurumlarını  bağlayıb.Şəhərin mərkəzində yerləşən səfirliyin Ticarət Təmsilçiliyi və Mədəniyyət Təmsilçilyinin fəaliyyəti də dayandırılıb. Məlumata görə, idarələrin fəaliyyətinə Tacikistan hökümətinin tələbi ilə son qoyulub.

Suriya danışıqları başlandı: Ölkə bölünür

4 İyul 2017 11:58

Qazaxıstanın paytaxtı Astanada Suriyada atəşkəs rejiminin zaminləri olan Rusiya, Türkiyə və İranın nümayəndələrinin yer aldığı işçi qrupunun iclası başlanıb. İclasda müzakirə olunacaq əsas məsələ təhlükəsiz zonalarının sərhədlərinin uyğunlaşdırılmasıdır.

Putinə qarşı əsas “kozır”: İki gün sonra Rusiya üçün dəhşətli layihə elan ediləcək

4 İyul 2017 11:56

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasi alət kimi Avropaya mayeləşdirilmiş qaz çatdırmasından istifadə edir. Ağ Evdə qeyd edirlər ki, son illərdə Moskva qış aylarında qonşu ölkələrlə qiymət mübahisələri zamanı qazın çatdırılmasını dayandırıb. Trampın energetika ehtiyacına görə “Rusiyanın əsarətində” qalan müttəfiqlərə kömək etmək istədiyi bildirilir.

Venesuelada keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb

4 İyul 2017 11:48

Venesuelada son 3 aydan artıq müddətdə hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb.  Bu barədə "El Nacional" qəzetinin elektron versiyası xüsusi hesabatlara əsasən məlumat yayıb. Ölkənin Baş Prokurorluğunun məlumatında isə vurğulanır ki, aprelin 1-dən davam edən etiraz aksiyalarında 84 nəfər zorakılığın qurbanı olub. Habelə 1,4 mindən artıq insan xəsarət alıb. Müxalifət nemayəndələri isə bildirirlər ki, aksiyalar zamanı 15 min nəfər xəsarət alıb. Ölkənin qeyri-hökumət təşkilatı "Venesuelanın cinayət forumu" 3,55 min nəfərin saxlanıldığını xəbər verib. Onlardan 1,1 min nəfəri hələ də həbsdədir.