Dünya
Fransanın yeni hökuməti təsdiqləndi
Fransanın Baş naziri Eduard Filippin qurduğu yeni hökumət Parlament tərəfindən təsdiqlənib. Müzakirəyə 577 deputatdan 566-sı qatılıb. 370 millət vəkili yeni hökumətin lehinə, 67-si əleyhinə səs verib. 129 nəfər bitərəf qalıb. E.Filippin çıxışında ən çox diqqət çəkən məqamlar isə dövlət xərclərinin azaldılması yönündə görəcəyi tədbirlər və ölkədə davam edən fövqəladə vəziyyətin oktyabr ayına qədər həllini tapacağı olub.
Qara dəniz rəngini dəyişdi – QLOBAL TƏHLÜKƏ
Dünyanın gömgöy dənizi - Qara dəniz rəngini dəyişib. Bəzi yerlərdə açıq göy olması ilə yanaşı, firuzə rəngli ləkələr bütün perimetr boyu görünür. Ləkələr Ukrayna, Bolqarıstan və Rumıniya sahillərində daha qabarıq nəzərə çarpır. Krasnodar diyarının kurortlarında və Qafqazın sahillərində isə bir qədər seyrəkdir.
ABŞ-a nüvə zərbəsinin tarixi açıqlandı - Dövlət başçısı rəsmən ELAN ETDİ
Şimali Koreya 2017-ci ildə ABŞ-a raket zərbəsi vurmağı planlaşdırır. Bu haqda “Röyters” agentliyi məlumat yayıb. Koreya Xalq Demokratik Respublikası iyunun 4-də qitələrarası ballistik raketin (MBR) sınağını həyata keçirib. “Xvason-14” raketi nüvə döyüş başlığını daşımağa qadirdir. KXDR-in lideri Kim Çen In bildirib ki, yaxın vaxtlarda hazırlanmış MBR-in müvəffəqiyyətli sınağı atom və hidrogen bombalarının yer aldığı strateji silahların imkanlarını artırıb.
Moskva – Antalya səmasında qorxulu anlar
Moskvadan Antalyaya doğru istiqamət alan təyyarədə qorxulu anlar yaşanılıb. “Olaylar” “Hüriyyet” - ə istinadən bildirir ki, sərxoş sərnişin qanlar içində təyyarədəki kresloları təpikləyərək digər sərnişinləri də narahat edib. Ekipaj üzvlərinin çabalarına baxmayaraq, sərxoş sərnişini sakitləşdirmək mümükün olmayıb. Bütün üzü, paltarları qanla örtülən sərnişinə görə təyyarə yenidən hava limanına geri uçuş edib. Sərxoş sərnişin hava limanına dəvət olunan polislərə təhvil verilib.
Toylarına 4 gün qalmış nişanlısını öldürdü
İstanbulun Esenyurt rayonunda nişanlıların mübahisəsi ölümlə bitib. Dörd gün sonra toyları təyin edilən 23 yaşlı qız aralarında baş verən mübahisə zamanı onu döyən nişanlısını bıçaqlayaraq öldürüb. Hadisə ötən gün baş verib. Ayberk K. ilə nişanlısı A.Y. -nin bir-birlərini çox sevdikləri deyilir. A.Y. sosial şəbəkə hesabında: "Bir-birimizə rastlamadan öncəki həyatımız, doğurdan bir-birimizi axtarmaqdan başqa bir şey deyilmiş" , - yazdığı da məlum olub.
Türkiyənin İnterpolun məlumat bazasına çıxışına qadağa qoyuldu
Türkiyənin bir hissəsi yeni yaradılacaq dövlətə qatıldı - QORXUNC PLAN
Şimali İraq kürd muxtariyyəti Türkiyəyə qarşı növbəti dəfə ərazi iddiası ilə çıxış edib. Muxtariyyətə aid telekanalın müstəqillik referendumu ilə əlaqədar aparılan kampaniya çərçivəsində təqdim etdiyi xəritə qalmaqal yaradıb. Xəritədə Türkiyənin cənub-şərqi vilayətləri də yer alıb.
Liviyada raket mərmisi çimərliyə düşdü - 5 ölü, 25 yaralı
Liviyanın paytaxtı Tripolidə çimərliyə raket mərmisinin düşməsi nəticəsində 5 nəfər ölüb, daha 25 nəfər yaralanıb. Ölkə rəsmilərinin verdiyi məlumata görə, insident Mitiq aeroporunun qarşısında yerləşən çimərliyə düşüb. Ölənlər arasında azyaşlı uşağın olduğu da bildirilir.
Məşhur aktyor vəfat etdi
Məşhur Türk aktyoru Hakan Balamir ötən gecə 72 yaşında Sağlamlıq Elmləri Universiteti Süreyyapaşa Sinə Xəstəlikləri və Sinə Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında vəfat edib. “Olaylar” Anadolu agentliyinə istinadən bildirir ki, aktyor bir həhtə öncə xəstəxanaya yerləşdirilsə də, həkimlərin müdaxilələlrinə rəğmən həyatını xilas etmək mümükün olmayıb. Tamaşaçılar Hakan Balamiri ilk dəfə 1972 – ci ildə çəkilən “Bir aşk bin ölüm” filmi ilə tanıyıblar. Aktyor 1985 – ci ildə keçirilən Antalya film festivalında “Ən yaxşı kişi aktyoru”, iki il öncə isə “Yunus Əmrə” filmindəki baş roluna görə Antalya film festivalında mükafata layiq görülmüşdü.
Tanınmış aktrisa yeni filmlə ekranlara qayıdır
Uzun zamandır ekranlarda görünməyən aktrisa Belçim Bilgin yeni filmə çəkiləcək. Film romantik janrda olacaq. "Avşar film"in ekranlaşdıracağı layihənin rejissor kürsüsündə Sercan Acar oturacaq. Adı hələlik dəqiqləşməyən filmin heyətində Halil Sezai, Ataberk Mutlu, Cezmi Baskın vəNebil Sayının olacağı bildirilir.
“Başqa variantlar mövcud deyil” - Moskvadan QORXUNC XƏBƏRDARLIQ
“Koreya Xalq Demokratik Respublikası ətrafında eskalasiya potensial olaraq vəziyyətin faciəli inkişafına gətirib çıxara bilər”. Bunu Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raket sınağını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov deyib.
Azərbaycanlı alimdən Ermənistan üçün dəhşətli ZƏLZƏLƏ PROQNOZU: 9-10 bal...
Bu gün Ermənistanın Gümrü şəhərinin yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib. Episentri 10 kilometr dərinlikdə olan zəlzələ Stepanavan və Artik şəhərlərində hiss edilib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməsə də, zəlzələnin “Metsamor” Atom Elektrik Stansiyasına çox da uzaq olmayan ərazidə baş verməsi region üçün narahatlığı artırıb.
Ermənistanda hərbi hissədə partlayış: üç əsgər yaralandı
Hərbi hissədə partlayış nəticəsində Ermənistan ordusunun üç əsgəri yaralanıb. Sosial şəbəkələrdə Ermənistan ordusunun hərbi hissələrindən birinin işğal olunmuş Cəbrayıl rayonu ərazisindəki poliqonda keçirdiyi taktiki məşğələ zamanı partlayışın baş verməsi barədə məlumat yayılıb.
Qaçqın və miqrantların sayı açıqlandı
2017-ci ilin əvvəlindən indiyə qədər dünya üzrə ölən və itkin düşən miqrant və qaçqınların sayı 3 min 47 nəfərdir. Bu barədə Miqrasiya üzrə Beynəlxalq Agentlik məlumat yayıb. Məlumatda bildirilib ki, bu ilin ötən dövrü ərzində dəniz yolu ilə Avropaya 101 min 210 miqrant və qaçqın gedib. Onların 85 faizi İtaliya, qalanları Yunanıstan, Kipr və İspaniya üzərindən Avropaya keçib. Bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 2 dəfə azdır. Bu müddət ərzində Aralıq dənizində 2 min 247 miqrant və qaçqın ölüb.













