Türkiyənin İnterpolun məlumat bazasına çıxışına qadağa qoyuldu
5 İyul 2017 11:50 DünyaTürkiyənin İnterpolun məlumat bazasına çıxışına qadağa qoyulub.
Buna səbəb kimi Türkiyənin il ərzində İnterpolun məlumat bazasına 15 iyul dövlət çevrilişinə cəhddən sonra axtarışda olan 60 mindən çox şəxsin adını daxil etməsi göstərilir.
Hazırda Türkiyə axtarışda olan şəxslərin adını İnterpolun siyahısına daxil edə bilmir.
Qadağanın nə vaxt aradan götürüləcəyi hələ bilinmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31