“Başqa variantlar mövcud deyil” - Moskvadan QORXUNC XƏBƏRDARLIQ
“Koreya Xalq Demokratik Respublikası ətrafında eskalasiya potensial olaraq vəziyyətin faciəli inkişafına gətirib çıxara bilər”. Bunu Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raket sınağını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov deyib.
4 İyul 2017 18:38 Dünya"Koreya Xalq Demokratik Respublikası ətrafında eskalasiya potensial olaraq vəziyyətin faciəli inkişafına gətirib çıxara bilər". Bunu Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raket sınağını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov deyib.
O qeyd edib ki, Koreya böhranının həlli üzrə Rusiyanın irəli sürdüyü təkliflərin mahiyyəti çoxtərəfli dialoqun davam etdirilməsinə əsaslanır. "Pxenyan tərəfindən həyata keçirilən yeni raket sınağı növbəti xatırlatmadır ki, vəziyyətin qarşısıalınmaz istiqamətdə inkişaf etməməsi üçün sadəcə başqa variantlar mövcud deyil", - rusiyalı diplomat bildirib.
Qeyd edək ki, bu gün yerli vaxtla 3:39-da Şimali Koreya Yapon dənizi istiqamətində ilk qitələrarası ballistik raket sınağını keçirib. Pxenyanın rəsmi məlumatına görə, "Xvason-14" raketi 2802 kilometr uçuş hündürlüyə nail olub və 933 kilometr uçub. Hərbi ekspertləri hesab edirlər ki, Pxenyan ABŞ-ın kontinental hissəsinə zərbələr vurmaq imkanını əldə edib. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.