Qara dəniz rəngini dəyişdi – QLOBAL TƏHLÜKƏ
Dünyanın gömgöy dənizi - Qara dəniz rəngini dəyişib. Bəzi yerlərdə açıq göy olması ilə yanaşı, firuzə rəngli ləkələr bütün perimetr boyu görünür. Ləkələr Ukrayna, Bolqarıstan və Rumıniya sahillərində daha qabarıq nəzərə çarpır. Krasnodar diyarının kurortlarında və Qafqazın sahillərində isə bir qədər seyrəkdir.
5 İyul 2017 12:46 DünyaDünyanın gömgöy dənizi - Qara dəniz rəngini dəyişib. Bəzi yerlərdə açıq göy olması ilə yanaşı, firuzə rəngli ləkələr bütün perimetr boyu görünür. Ləkələr Ukrayna, Bolqarıstan və Rumıniya sahillərində daha qabarıq nəzərə çarpır. Krasnodar diyarının kurortlarında və Qafqazın sahillərində isə bir qədər seyrəkdir.
Qara dəniz inkişaf edir. Firuzəyi rəng onun suyuna mikroorqanizmlər verir, əsasən - kokkolitoforidlər, yəni, birhüceyrəli plankton yosunlar. Həyat fəaliyyəti prosesində onlar günəş işığını yaxşı əks etdirən zərif, ağ pərdələrə bürünürlər. Bununla bağlıdır ki, kokkolitoforidlərin çoxluğunda adama həm də elə gəlir ki, sanki suya süd töküblər.
Kokkolitoforidlər acı deyil. Onlarla bütün dəniz canlıları qidalanır. Amma bu planktonun azalması suda oksigenin də azalmasına gətirib çıxarır ki, bu da öz nəvbəsində dənizin canlı aləmi üçün fəlakətli ola bilər. Estetik baxımdan da rənglərin dəyişməsi ürəkaçan deyil. Axı Qara dəniz elə öz bənzərsiz gömgöy suyu ilə fərqlənirdi.
Kokkolitoforidlər həm fotosintez hesabına, həm də karbon qazından bəhrələnərək kalsium karbonat istehsal edir. Atmosferdə karbon qazı çoxaldıqca həmin bu yosunlar da törəməyə başlayır. Alimlər 200 il ərzində 40 faizlik artım qeydə alıblar.
Fərziyyələrdən birinə görə, fotosintezi gücləndirərək, bizim planetimiz qlobal istiləşməyə qarşı müqavimət göstərməyə çalışır. Qlobal istiləşmənin günahı təbii ki, parnik effekti verən karbon qazıdır. Yosunlar qaz işlədərək, fəlakətin qarşısını bir növ almağa çalışırlar. Publika.az xəbər verir ki, rəng dəyişməsini NASA-nın "Aqua satellite" peyki qeydə alıb.
Quruda yerləşən bitki örtüyü də qarşıdurma prosesində iştirak edir. Bunu Kaliforniya universitetinin alimləri hesablayıblar. "Nature" jurnalında dərc olunan nəticələrə əsasən həmin 200 il ərzində, - o vaxtdan sənayeləşmə başlayıb - bitkilərin karbon qazını udma prosesi 30 faiz artıb.
Planet özü-özünü xilas etməyə çalışır, amma təəssüf ki, fotosintez artımı elə böyük deyil ki, süni qlobal istiləşmənin qarşısını ala bilsin yaxud ziyanı kompensasiya edə bilsin.