Dünya

Mosulda 300 İŞİD-çi qalıb

5 İyul 2017 19:25

Mosulun köhnə şəhər rayonu ərazisində İŞİD qruplaşmasının 300-ə yaxın yaraqlısı fəaliyyət göstərməkdə davam edir. Interfax informasiya agentliyi xəbər verir ki, şəhərin terrorçular tərəfindən nəzarət edilən zonası 500 kvadratmetrədək daralıb. Associated Press agentliyinin bir qədər əvvəl yaydığı məlumata görə, köhnə şəhərdə döyüşlərin davam etməsinə baxmayaraq, İraqın Baş naziri Heydər əl-Abadi ordunu Mosulda böyük qələbə münasibətilə təbrik edib.

Duma Rusiyanın Azərbaycanda yeni səfirinin namizədliyini təsdiqləyib

5 İyul 2017 17:29

Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.  Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində namizəd Georgi Zuyev olub. 

Yeri hansı ölçüdə asteroid dağıda bilər - ALİMLƏRDƏN DƏQİQ CAVAB

5 İyul 2017 17:10

Alimlər planeti məhv edəcək asteroidin dəqiq ölçüsünü təyin ediblərBunun üçün kompüter modellərindən istifadə olunub. Araşdırma zamanı hansı ölçüdə asteroidin planetdəki yaşayışa son qoyacağı müəyyən edilib. Beləliklə, 50 min irili-xırdalı asteroid tədqiq edilib. Məlum olub ki, planetimizi diametri 140 metr olan asteroid məhv edə bilər. 

Alimlərdən DƏHŞƏTLİ PROQNOZ – İnsanları məhv edəcək ölümcül istilər gəlir

5 İyul 2017 17:03

2100-cü ildə yay mövsümü də bəşəriyyət üçün qış qədər ekstremal və təhlükəli fəsilə çevriləcək. “Nature Climate Change” elmi jurnalında “Ölümcül istilərin qlobal riski” sərlövhəli məqalə qələmə alan iqlimşünas alimlər qrupu bu nəticəyə gəliblər. Alimləri bu qənaətə gətirən isə 2010-cu ildən Moskva şəhərində hakim kəsilmiş anomal isti hava şəraiti olub. Həmin ildə Moskvada 44 gün ərzində havanın temperaturu 30 dərəcədən yüksək keçib.

Bolqarıstanda zəncirvari qəza - 40 avtomobil toqquşub

5 İyul 2017 16:57

Bolqarıstanın İhtiman şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 40-dan çox avtomobil toqquşub. Qəzada azı 31 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 4 nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir. Qəzanın səbəbinin sıx duman olduğu ehtimal edilir.

Ermənilərdən Zəhranın qısasını aldıq: 5 ÖLÜ, 4 YARALI

5 İyul 2017 16:31

Ötən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 3 nəfəri yaralanıb. Bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb.

Türkiyəni yasa boğacaq dəhşətli terrorun qarşısı alındı: az qalmışdı...

5 İyul 2017 16:25

CHP rəhbəri Kamal Kılıçdaroğlunun "Ədalət Yürüşü"nə hücum hazırladıqları öyrənilən 6 İŞİD terrorçusu son anda ələ keçib.

"Bu raket amerikalı əclaflara hədiyyəmizdir"

5 İyul 2017 15:19

Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketin buraxılışı sınaqlarını ABŞ-ın 4 iyul Müstəqillik günü ilə əlaqədar "Amerikalı əclaflara" hədiyyə adlandırıb. Kim Çen In "Hvason-14" raketinin buraxılışını şəxsən izləyib.

Memati və Kadir İnanır eyni serialda

5 İyul 2017 15:02

"Kalatalı Eşref" serialı ilə ekranlara qayıtmağa hazırlaşan türk kinosunun əfsanəsi Kadir İnanırın tərəf müqabili "Kurtlar vadisi"nin Mematisi Gürkan Uygun olacaq.  Digər baş rollarda isə Hande Erçel, Berk Hakman və Eda Ece olacaq. 

Bütün yer kürəsi "MİNALANDI" - Böyük TƏHLÜKƏ - VİDEO

5 İyul 2017 14:56

ABŞ Kosmik Agentliyi (NASA) Yer kürəsi ətrafında asteroidlərin artdığını göstərən video yayımlayıb. NASA-nın NEOWISE teleskopu 3 ildir orbitdə asteroid və kometlərin axtarışı üçün işləyir. Teleskop bu vaxta qədər Yür kürəsi ətrafında hərəkət edən yüzlərlə asteroid qeydə alıb. Onlar Marsla Yupiterin arasındadırlar. Onların Yer kürəsi ətrafında hərəkəti sanki planetimizin minalanmış sahədə uçması təəssüratını yaradır.

Zəhranın ölümü Türkiyə mətbuatında

5 İyul 2017 14:48

Türkiyə mətbuatı ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhrə Quliyevadan yazır.  Türkiyənin öndə gedən xəbər saytları erməni vəhşiliyindən yazıb. Haberturk.com, Star.com, Cnnturk.com, Haberler.com, Anadolu Ajansı kimi hegemon xəbər portalları ötən gün Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olmasını yayıblar. 

Çimərliyə raket atdılar

5 İyul 2017 14:45

Liviyanın Tripoli hava limanı yaxınlığında Milli Təhlükəsizlik qüvvələri ilə cinayətkar qrup arasında atışma olub.Hadisə nəticəsində atılan raketlərdən biri yaxınlıqdakı Mitiga çimərliyinə düşüb. Məlumata görə, azı 5 nəfər həlak olub, 25 nəfər ağır yaralanıb. Ölənlər arasında uşaqlar da var.

İrandan sərt açıqlama: Səudiyyə Ərəbistanı terrorçu dövlətə çevrilir

5 İyul 2017 14:30

Səlahiyyət müddəti daha 3 il uzadılan İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfər Səudiyyə Ərəbistanını terrorçu dövlət adlandırıb. Cəfəri bu sözləri rəhbərlik etdiyi qurumun üzvləri qarşısında çıxışı zamanı söyləyib. O, Səudiyyə Ərəbistanı rəhbərliyinin ünvanına sərt ifadələr səsləndirib və onlara “lənətlənmişlər” deyə xitab edib. Bildirib ki, bu bölgədə yalnız yetərincə gücü olan ölkələr özlərini təhlükəsizlikdə hiss edə bilirlər.

Hava limanı boşaldıldı

5 İyul 2017 13:54

İngiltərənin Mançester şəhərindəki havalımanının 3 nömrəli terminalı şübhəli bir paket səbəbiylə boşaldılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, havalimanı rəhbərliyi rəsmi Twitter hesabından etdiyi şərhdə, paketin araşdırıldığını bildirib.

Hindistanda daşqınlar 20 nəfərin həyatına son qoydu

5 İyul 2017 13:46

Hindistanın şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb. Assam ştatının Fövqəladə vəziyyətlərə reaksiya departamentindən bildiriblər ki, həmin şəxslər ya boğulub, ya da dağıntıların altında qalıblar. Son iki həftədə leysan yağışları Brahmaputra çayının məcrasından çıxmasına səbəb olub. Ştatın 750 yaşayış məntəqəsindən təqribən 400 min nəfər evlərini tərk etməyə məcbur olub.