Dünya

Qadın efirdə ilanın başını qopardıb yedi - VİDEO

6 İyul 2017 11:54

"Britain's Got Talent"in Çin versiyasında səhnədə qorxulu anlar yaşanıb. Verilişə qatılan orta yaşlı qadın səhnədə münsiflərin və tamaşaçıların gözü qarşısında canlı ilanın başını qoparıb, dərisini soyub, sonra da yeyib.

Litvada ermənilərin təxribatının qarşısını alındı

6 İyul 2017 11:10

Litvada ermənilərin təxribatının qarşısı alınıb. Azərbaycanın Litvadakı səfirliyindən Publika.az-a bildirilib ki, iyulun 5-də Ermənistanın Litvadakı səfirliyinin Litva-Ermənistan Alyansı ilə birgə Vilnüs şəhərinin “Vartai” (Qapı) sərgi qalereyasında “Artsax: köhnə diyarda yeni dövlət” adlı sərgi təşkil etdiyini və sərgidə Azərbaycanın işğal altındakı ərazilərinə dair şəkillərin nümayiş olunduğunu aşkarlayıb.

“Putinin NATO-su”na Trampdan sürpriz: Rusiya sərhədlərində TƏHLÜKƏ

6 İyul 2017 11:02

Polşa və ABŞ Müdafiə Nazirlikləri arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin Polşaya çatdırılması barədə müqavilə imzalanıb. Bu haqda Varşavada keçirilən brifinqdə Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib.

Türk-Yapon birgə istehsalı olan film təqdim olunacaq

6 İyul 2017 09:56

İyulun 6 – da Türkiyə və Yaponiya arasındakı dostluğundan bəhs edən,  iki tarixi hadisəni izah edən film nümayiş olunacaq. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Ərtoğrul freqatı faciəsinin 125 – ci il dönümü münasibəti ilə  çəkilən "Ərtoğrul 1890" filmi TRT 1 vasitəsilə tamaşaçılara təqdim olunacaq. Ssenarisini Eriko Komatsu'nun qələmə aldığı, rejissoruluğunu  Mitsutoshi Tanakanın üstələndiyi filmdə, Seiyou Uchino, Kenan Ece, Shioli Kutsuna, Alican Yücesoy, Yui Natsukawa, Uğur Polat, Yukiyoshi Ozawa, Mehmet Özgür, Deniz Oral və Tamer Levent kimi aktyorlar rol alır.

Annet Beninq festival jürisinə rəhbər təyin olundu

6 İyul 2017 09:46

Amerikalı aktrisa Annet Beninq 74-cü Venesiya festivalının münsiflər heyətinə başçılıq edəcək. Festivalın bədii rəhbəri Alberto Barberaın fikrincə, artıq uzun-uzun kişi siyahılarından imtina edib, qadınları beynəlxalq festivalların jürisi roluna dəvət etmək lazımdır. Sonuncu dəfə Venesiya festivalının jürisinə rəhbərlik edən qadın  aktrisa Ketrin Denev olub və bu, 2006-cı ildə baş verib.

Lukaşenko: "Dağlıq Qarabağ probleminə ciddi şəkildə diqqət yetirməyin vaxtı çatıb"

6 İyul 2017 09:36

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkələrini Dağlıq Qarabağ probleminə ciddi şəkildə diqqət yetirməyə çağırıb. Bunu o, ötən gün Minskdə ATƏT-in Parlament Assambleyasının 25-ci illik sessiyasının təntənəli açılış mərasiminə həsr olunmuş plenar iclası zamanı bildirib.

Türkiyədə ağır yol qəzası: 4 ölü, 8 yaralı

6 İyul 2017 09:04

Türkiyənin Niğde əyalətində 2 avtomobil toqquşub. Toqquşma nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

Hər gün yarım saat velosiped sürmək 11 kiloqram piyi əridir

5 İyul 2017 20:45

Hər gün ən qısa müddətdə belə velosiped sürmək ürək xəstəliklərinin əmələ gəlmə riskini xeyli azaldır. Britaniyalı alimlərə görə, həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini 50 faiz azaltmaq mümkündür.

Vegetarianlıq ürək tutması riskini artırır

5 İyul 2017 20:30

Ət və heyvan mənşəli məhsullar yeməyən vegetarianlarda qanın laxtalanması və ateroskleroz riski artır. Nəticədə ürək tutmasına və ya insulta yol açılır. Tədqiqatçı Dao Lin isə bildirib ki, ət yeyənlər ürək-damar xəstəlikləri riskinə vegetarianlara nisbətən daha çox məruz qalırlar. Lakin vegetarianlığı mükəmməl adlandırmaq olmaz, çünki onların rasionunda bir neçə əsas bəsləyici maddənin, o cümlədən dəmir, sink, vitamin B12 və omeqa-3 yağ turşusunun çatışmazlığı vardır. Tarazlı vegetarian pəhrizi orqanizmi zülallarla kifayət qədər təmin edə bilsə də, yağ turşuları ilə bağlı vəziyyət qənaətbəxş deyildir. Çünki son nəticədə vegetarianlarda qanda homosisteinin səviyyəsinin artması, “yaxşı” xolesterinin (HDL) səviyyəsinin isə azalması riski yaranır. Hər iki vəziyyət sonda ürək xəstəliyinə gətirib çıxarır.

Gündə 15 dəqiqəlik sadə idman ömrü üç il uzadır...

5 İyul 2017 20:15

Tayvanda aparılan araşdırmalara görə, gündə on beş dəqiqəlik sadə idman ömrü üç il uzada bilər. Tayvan Milli Sağlamlıq Tədqiqat İnstitutunun baş tədqiqatçısı Çi Penq bildirib ki, gündə 15 dəqiqə gəzmək yüngül idmanla məşğul olmaq hər kəs üçün faydalıdır. “The Lanset” jurnalında nəşr edilən araşdırmaya görə tədqiqat zamanı 416 min adamın 13 illik sağlamlıq və illik fiziki fəaliyyəti nəzərə alınıb.

O da boşandı

5 İyul 2017 20:02

Aktyor Bekir Aksoy 2013-cü ildə evləndiyi həyat yoldaşı Dərya Çavuşoğlundan boşanıb. Bu barədə aktyorun özü açıqlamasında bildirib:  "Bəli, boşanmışıq. Bu xəbər doğrudur. Bazar ertəsi nikahımız sona çatdı".  

Diqqət: Doyunca yatmamaq qocalmanı sürətləndirir

5 İyul 2017 19:45

Alimlər belə hesab edirlər ki, sağlamlıq və yuxu bir-biri ilə sıx bağlı olan anlayışlardır. Axı yuxu və oyaqqalma rejiminə əməl edilməməsi orqanizmdə mühüm dəyişikliklərlə səbəb olur. Özü də qətiyyən yaxşı tərəfə yox.