Vegetarianlıq ürək tutması riskini artırır

Ət və heyvan mənşəli məhsullar yeməyən vegetarianlarda qanın laxtalanması və ateroskleroz riski artır. Nəticədə ürək tutmasına və ya insulta yol açılır. Tədqiqatçı Dao Lin isə bildirib ki, ət yeyənlər ürək-damar xəstəlikləri riskinə vegetarianlara nisbətən daha çox məruz qalırlar. Lakin vegetarianlığı mükəmməl adlandırmaq olmaz, çünki onların rasionunda bir neçə əsas bəsləyici maddənin, o cümlədən dəmir, sink, vitamin B12 və omeqa-3 yağ turşusunun çatışmazlığı vardır. Tarazlı vegetarian pəhrizi orqanizmi zülallarla kifayət qədər təmin edə bilsə də, yağ turşuları ilə bağlı vəziyyət qənaətbəxş deyildir. Çünki son nəticədə vegetarianlarda qanda homosisteinin səviyyəsinin artması, “yaxşı” xolesterinin (HDL) səviyyəsinin isə azalması riski yaranır. Hər iki vəziyyət sonda ürək xəstəliyinə gətirib çıxarır.

Ət və heyvan mənşəli məhsullar yeməyən vegetarianlarda qanın laxtalanması və ateroskleroz riski artır. Nəticədə ürək tutmasına və ya insulta yol açılır. Tədqiqatçı Dao Lin isə bildirib ki, ət yeyənlər ürək-damar xəstəlikləri riskinə vegetarianlara nisbətən daha çox məruz qalırlar. Lakin vegetarianlığı mükəmməl adlandırmaq olmaz, çünki onların rasionunda bir neçə əsas bəsləyici maddənin, o cümlədən dəmir, sink, vitamin B12 və omeqa-3 yağ turşusunun çatışmazlığı vardır. Tarazlı vegetarian pəhrizi orqanizmi zülallarla kifayət qədər təmin edə bilsə də, yağ turşuları ilə bağlı vəziyyət qənaətbəxş deyildir. Çünki son nəticədə vegetarianlarda qanda homosisteinin səviyyəsinin artması, "yaxşı" xolesterinin (HDL) səviyyəsinin isə azalması riski yaranır. Hər iki vəziyyət sonda ürək xəstəliyinə gətirib çıxarır.

Bu riskə müqavimət göstərmək, sözügedən bəsləyici maddələri sağlam səviyyəyə çatdırmaq üçün vegetarianlara daha çeşidli pəhrizə əməl etmək tövsiyə olunur.

Omeqa-3 yağ turşularının mənbələri qızılbalıq, ümumiyyətlə yağlı balıq, habelə qoz-fındıqdır. Dəniz məhsulları, yumurta və vitaminləşdirilmiş süd B12 vitamini ilə zəngindir. Bu bəsləyici maddələrin çatışmazlığını qida əlavələri aradan qaldırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31