Diqqət: Doyunca yatmamaq qocalmanı sürətləndirir
Alimlər belə hesab edirlər ki, sağlamlıq və yuxu bir-biri ilə sıx bağlı olan anlayışlardır. Axı yuxu və oyaqqalma rejiminə əməl edilməməsi orqanizmdə mühüm dəyişikliklərlə səbəb olur. Özü də qətiyyən yaxşı tərəfə yox.
5 İyul 2017 19:45 DünyaAlimlər belə hesab edirlər ki, sağlamlıq və yuxu bir-biri ilə sıx bağlı olan anlayışlardır. Axı yuxu və oyaqqalma rejiminə əməl edilməməsi orqanizmdə mühüm dəyişikliklərlə səbəb olur. Özü də qətiyyən yaxşı tərəfə yox.
Buna görə də yuxuya ayrılan vaxt gündəlik həyatınızın çox mühüm tərkib hissəsi hesab edilməlidir. Əks halda orqanizmin normal fəaliyyəti pozulacaqdır. Nəticədə orqanizmin bütün strukturlarının bərpası (adətən gecə vaxtı) sadəcə mümkün olmayacaqdır.
Yuxumuz nə qədər davam etməlidir? Orta statistik hesablamaya görə, insanın hər 2 oyaq saatına 1 saat yuxu düşür. Bu, onunla əlaqədardır ki, gündüz vaxtı insanın immun sistemi çox gərgin işləyir, bakteriyalara və viruslara, toza və tüstüyə qarşı fəal mübarizə aparır. Orqanizmə bərpa olunmaq imkanı verən yeganə vaxt yuxu vaxtıdır. Valideynlər uşaqliqdan öz övladlarına əbəs yerə demirlər ki, yuxu sağlamlığa xeyirlidir. Biz özümüzü yuxudan məhrum etməklə immun sistemimizi tam bərpa olunmaq imkanından məhrum edirik.
Doyunca yatmamaq xroniki hala keçirsə, "yuxu borcu" yaranır. Məsələn, elə olur ki, gündəlik yuxu insanların əksəriyyəti üçün normal sayılan 8 saat əvəzinə təqribən 5 saat olur. Beləliklə, gündəlik "yuxu borcu" 3 saat olacaqdır. Belə "borc yığımı" nəticəsində müntəzəm depressiyalar, baş ağrıları, soyuqdəymələr və sair xəstəliklər kimi xoşagəlməz nəticələr ola bilər. La Femme qadın jurnalı yazır ki, istirahət günlərində doyunca yatmaqla və ya imkan olan kimi az-az mürgüləməklə "yuxu borcunu" qaytarmağın mümkün olduğunu düşünmək çox yanlışdır.
Bu, onunla əlaqədardır ki, orqanizm artıq taqətdən düşmə əlamətlərini nümayiş etdirməyə başlayır. Buna görə bərpa prosesi tam getmir. Beləliklə, orqanizm yuxu prosesində köhnə hüceyrələrin aradan qaldırılması və yenilərinin yaradılması işini yerinə yetirməlidir. Əgər yuxu bir neçə saatla məhdudlaşırsa, bu proses baş vermir və çətin ki, baş versin. Sağlamlıqla yuxunun bir-biri ilə sıx bağlı olduğunu təsdiq edən dəlillər göz qabağındadır.