Hindistanda daşqınlar 20 nəfərin həyatına son qoydu

Hindistanın şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb. Assam ştatının Fövqəladə vəziyyətlərə reaksiya departamentindən bildiriblər ki, həmin şəxslər ya boğulub, ya da dağıntıların altında qalıblar. Son iki həftədə leysan yağışları Brahmaputra çayının məcrasından çıxmasına səbəb olub. Ştatın 750 yaşayış məntəqəsindən təqribən 400 min nəfər evlərini tərk etməyə məcbur olub.

Hindistanın şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb. Assam ştatının Fövqəladə vəziyyətlərə reaksiya departamentindən bildiriblər ki, həmin şəxslər ya boğulub, ya da dağıntıların altında qalıblar. Son iki həftədə leysan yağışları Brahmaputra çayının məcrasından çıxmasına səbəb olub. Ştatın 750 yaşayış məntəqəsindən təqribən 400 min nəfər evlərini tərk etməyə məcbur olub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31