Duma Rusiyanın Azərbaycanda yeni səfirinin namizədliyini təsdiqləyib
Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində namizəd Georgi Zuyev olub.
5 İyul 2017 17:29 DünyaRusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində namizəd Georgi Zuyev olub. Bu gün Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə üzrə iş Komitəsində Azərbaycana yeni səfirin namizədliyi məsələsinə baxılıb. Komitə səfir postuna Georgi Zuyevin namizədliyini təsdiqləyib. Komitənin iclasında Rusiya XİN başçısının müavini Qriqori Karasin də iştirak edib. G. Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışır. APA-nın "İnterfaks"a istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31